Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan jurnalları — Azərbaycan ərazisində və Azərbaycan dilində nəşr olunan dövri elmi, ədəbi, ictimai-siyasi, mədəni və digər tematik istiqamətli nəşrlərdi

Azərbaycan jurnalları

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan jurnalları

Azərbaycan jurnalları — Azərbaycan ərazisində və Azərbaycan dilində nəşr olunan dövri elmi, ədəbi, ictimai-siyasi, mədəni və digər tematik istiqamətli nəşrlərdir.

Tarixi inkişaf

Azərbaycan jurnal nəşri XIX əsrin sonlarında formalaşmağa başlamışdır. 1875-ci ildə nəşrə başlayan “Əkinçi” qəzeti ümumən Azərbaycan mətbuatının əsasını qoysa da, jurnalların yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1906–1931-ci illərdə nəşr edilən “Molla Nəsrəddin” jurnalı Azərbaycan satirik mətbuatının əsas nümunələrindən biri hesab olunur.

XX əsrin 20–30-cu illərində Sovet hakimiyyəti dövründə ideoloji (kommunist) yönümlü bir sıra jurnallar fəaliyyət göstərib. Bu nəşrlər sırasında “Kommunist”, “İnqilab və mədəniyyət”, “Gənc işçi” kimi jurnallar qeyd olunur.

Sovet dövrü

Sovet dövründə jurnal nəşri dövlət nəzarətində inkişaf etmiş və müxtəlif tematik sahələr üzrə sistemləşmişdir. Bu illərdə ədəbi-bədii, elmi, pedaqoji və mədəni yönümlü jurnallar nəşr olunmuşdur. “Azərbaycan”, “Ulduz”, “Elm və həyat”, “Gənclik”, “Azərbaycan qadını”, “Mədəni maarif” kimi jurnallar geniş oxucu auditoriyası qazanmışdır.

Müstəqillik dövrü

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra jurnal nəşri sahəsində dövlət və özəl təşəbbüslər genişlənmişdir. Yeni mövzu istiqamətləri – iqtisadiyyat, siyasət, incəsənət, mədəniyyət və həyat tərzi jurnalları meydana gəlmişdir. Bu dövrdə “Abituriyent”, “Xəzər”, “Nargis”, “OK! Azerbaijan”, “Femina”, “Baku Magazine” kimi jurnallar nəşrə başlamışdır.

Elmi nəşrlər sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ali təhsil müəssisələrinin müxtəlif ixtisas jurnalları fəaliyyət göstərir. Onların arasında “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri”, “Azərbaycan məktəbi”, “Dövlət və hüquq”, “Filologiya məsələləri” və digər elmi jurnallar yer alır.

Rəqəmsal dövr

XXI əsrdə Azərbaycan jurnalları rəqəmsal formata keçid prosesini davam etdirir. Bir çox nəşrlər eyni zamanda onlayn versiyada yayımlanır. İnternet platformalarında yayımlanan elmi jurnallar beynəlxalq indeksləşmə sistemlərinə daxil olmağa başlamışdır. Eyni zamanda sosial media üzərindən fəaliyyət göstərən mədəni və həyat tərzi jurnallar da geniş yayılmışdır.

Hazırkı vəziyyət

Hazırda Azərbaycanda həm dövlət, həm də özəl sektor tərəfindən maliyyələşdirilən jurnallar fəaliyyət göstərir. Nəşrlər Azərbaycan, rus, ingilis və digər dillərdə çap və onlayn formatda yayımlanır.

Mündəricat

Aylıq

Ad Təsis tarixi Sahibi Dil Mövzu
Abituriyent 1995 Dövlət İmtahan Mərkəzi Az., rus. Abituriyent
Azərbaycan1923Azərbaycan Yazıçılar Birliyi (AYB)Az.Ədəbiyyat
Dədə Qorqud2001Folklor İnstitutuAz.Ədəbiyyat
Elmi İş 2007 Azərbaycan Elm Mərkəzi Az., rus., ing. Elm
Elmi tədqiqat 2021 AEM Az., rus., ing. Elm, tədqiqat
Xəzan 2016 Əli bəy Azəri Az. Ədəbi-bədii
Xəzər Xəbər 2010 Xəzər Universiteti Az. & ing. Elmi-kütləvi və bədii
Göy Qurşağı 2006Respublika Uşaq kitabxanasıAz.Uşaq
İrfan 2005 İpəkyolu MMC Az. İslam
Kirpi tv2018Məmməd ƏfşanAz.Satira-yumor
Qədim Diyar 2019 AEM Az., rus., ing. Tarix, etnoqrafiya
Literaturnıy Azerbaydjan 2008AYBRuscaƏdəbiyyat
Magistr 2008(?) DİM Az. & rus. Magistratura
Nature & Science 2019 AEM Az., rus., ing. Təbiət elmləri
Region plus 2006 Namiq Mailov rus.
Ulduz1967AYBAz.Ədəb.
Yada düşdü2011Nəzakət MəmmədovaAz.Nostalgiya
Yazarlar2007/2021Zaur UstacAz.Ədəb.

Ayaşırı

Ad Təsis tarixi Sahibi Dil Mövzu
Baku 2007/2011 Heydər Əliyev Fondu Rus və ing. Azərbaycan
Bizim ailə 2008 İpəkyolu MMC Az. Ailə-qadın
Füyuzat 2007 MİMTA Az. Milli-mənəvi dəyərlər
Geostrategiya 2011 Kaspi GAM Az. Rus. İng. Elm
Təbəssüm 2011 İpəkyolu MMC Az. Uşaq

Rüblük

Ad Təsis tarixi Sahibi Dil Mövzu
Azərbaycan dili və ədəbiyyat tədrisi 1954 Elm və Təhsil Nazirliyi Azərbaycanca
ACMIJ 2002 RİNN, AMEA, BDU İng.
Bakı universitetinin xəbərləri 1922 Bakı Dövlət Universiteti Az.
Elm və həyat 1961 AMEA Az. Elm
Ədəbi ovqat 2021 Rəfail Tağızadə Az. Ədəbiyyat
History of Science 2018 AcademyGate & BMM İng. Elm
Xəzər1989A.D. Tərcümə Mərkəzi (–2024), ADU (2025–)Az.Ədəb.
İncəsənət və mədəniyyət problemləri1979AMEA Memarlıq və İncəsənət İnstitutuAz., ing., rus.İncəsənət
İpək Yolu 2017 Azərbaycan Universiteti Az. İqt., maliyyə
İrs1996Azərbaycan Mədəniyyət FonduMüxtəlif
İşıq-qadın 2012 MİMTA Az. Qadın
Journal of Economics 2024 AEM İng. İqt.
Qobustan1969AYBAz.İnc.
Metafizika2017Ələddin MəlikovAz, Rus, Türk, İng, Ərəb və FarsFəlsəfə və sosial elmlər
Rezidentura 2011 DİM Az. & rus. Rezidentura
Sağlamlıq 1995 ATU Az., rus., ing. Tibb
Söz 1993 Lənkəran ŞİH Az. Ədəb.
TİM 2016 AzMİU Az. Tikinti, menec.

Yarımillik

Ad Təsis tarixi Sahibi Dil Mövzu
Azərbaycanın vergi jurnalı2003Dövlət Vergi XidmətiAz.Vergi
Coğrafiya və təbii resurslar 2015 ACC & AMEA Cİ Az. Coğr.
Elmi əsərlər AzTU Az., ing., rus. Elm
İnformasiya Cəmiyyəti Problemləri2010İnformasiya Texnologiyaları İnstitutuAz., ing., rus.Elm
İnformasiya Texnologiyaları Problemləri 2010 AMEA İTİ Az., rus., ing. İKT
Journal of Medicine 2024 AEM İng. Tibb
Mədəniyyət dünyası 2017 ADMİU Az., rus., ing. Mədən.
Risalə 2004 Ədəbiyyat Muzeyi Az Az. ədəb.
TWMS JPAM 2010 TWMS İng. Riyaz.

İllik

Ad Təsis tarixi Sahibi Dil Mövzu
Azərbaycan işıqları 2019 Azərenerji Az. Az. enerji
Din araşdırmaları 2018 Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Müxt. Din
Dövlət və din 2006/2015 DQİDK Az. Din
İlahiyyat 2019 Aİİ Az. Teologiya
Journal of Technology Studies 2024 AEM İng. Texnologiya
Şərq fəlsəfəsi problemləri 1996Fəlsəfə və Sosiologiya İnstitutuAz., rus., ing.Fəlsəfə

Nəşrini dayandırmış

Həmçinin bax

  • Azərbaycan qəzetlərinin siyahısı
  • Azərbaycan xəbər saytlarının siyahısı

Qeydlər

  1. Jurnal kimi
  2. "Abituriyent" jurnalının xüsusi buraxılışı
  3. 2024-cü il 6/4 sayına qədər əsas adı "Təbiət və Elm" olub
  4. 2024-cü il 6/4 sayına qədər həm də Azərbaycanca fəaliyyət göstərib.
  5. 2024-cü il 6/4 sayından etibarən sadəcə ingiliscə fəaliyyət göstərir.
  6. "İrfan" jurnalının aylıq əlavəsi
  7. Jurnalın 4 seriyası var: humanitar, sosial-siyasi, təbiət, fizika-riyaziyyat
  8. 1957-59-cu illərdə "İncəsənət" məcmuəsinin 3 nömrəsi nəşr olunmuşdur. "Qobustan" incəsənət toplusu həmin məcmuənin davamıdır.
  9. Araşdırmalar toplusu kimi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycan jurnalları sözünün mənası, azərbaycan jurnalları haqqında məlumat. azərbaycan jurnalları nədir? azərbaycan jurnalları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Kırşehir

  • Fevral 27, 2026

    Xudat

  • Mart 01, 2026

    İstilik mübadiləsi

  • Mart 06, 2026

    Valentin Rasputin

  • Fevral 27, 2026

    Frans Rubo

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst