Azərbaycan-3 — ikiqat xətlərarası qarğıdalı hibdiri. Səməd ağa Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan SSR Elmlər Akademiyası Genetika və Seleksiya İnstitutunda akademik Ə. Quliyevin rəhbərliyi altında Q-4 və Q-5 sadə xətlərarası hibridlərini çarpazlaşdırmaqla almışlar. Hündürlüyü 314 santimetr, özəyi nazik, ağımtıl qırmızıdır. Dəni açıq sarı, dən çıxımı 83,8%, 1,000 dənin çəkisi 378,8 qramdır. Tərkibində 15,35% protein, 66,5% nişasta və 4,83% yağ var. Zonadan asılı olaraq hər hektardan 372–707 sentner yaşıl kütlə, 55,5–84,1 sentner dən məhsulu alınır. Xəstəliyə davamlı və tezyetişəndir. Vegetasiya dövrü 120 gündür. 1972-ci ildən Azərbaycan SSR-də, əsasən, silosluq yaşıl kütlə almaq üçün rayonlaşdırılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycan-3 sözünün mənası, azərbaycan-3 haqqında məlumat. azərbaycan-3 nədir? azərbaycan-3 nə deməkdir?