Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali

Aydın Ələkbəroğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Aydın Ələkbəroğlu

Aydın Ələkbəroğlu Abdullayev (1946, Şuşa, — 1995, Bakı) — Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı, yazıçı, tərcüməçi, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı

Aydın Ələkbəroğlu
Doğum tarixi 1946
Doğum yeri Şuşa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1995 (48–49 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Dini İslam
İxtisası Tərcüməçilik
Təhsili Azərbaycan Dövlət Universitetinin
Fəaliyyət illəri 1966-1995

Mündəricat

Həyatı

Aydın Ələkbəroğlu 1946-cı ildə Şuşada anadan olmuşdur. Əslən Qubadlının Eyvazlı kəndindədir. Bakıda 44 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil almışdır (1964–1970). Misirdə (1967) və Yəməndə (1970–1972) tərcüməçi işləmişdir. 1974-cü ildən ömrünün sonunadək Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsində çalışmışdır. 1990–1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

Yaradıcılığı

Ədəbi yaradıcılığa 1966-cı ildə "Göyərçin" jurnalında dərc etdirdiyi "Təəccüblənmə, Elxan" adlı uşaqlar üçün yazılmış hekayə ilə başlamışdır. Bundan sonra dövri mətbuatda tez-tez maraqlı əsərlərilə çıxış edən müəllif oxuculara "Nübar" (1980), "Dağlar o dağlar deyil" (1984), "Gərək belə olmayaydı" (1988) və b. kitablarını təqdim etmişdir.

Bədii tərcümələri

Yazıçı bədii tərcümə ilə də məşğul olmuş, Şərq ədəbiyyatından nümunələri dilimizə tərcümə etmişdir. Tərcümələri sırasında dünya ədəbiyyatından nümunələr də var:

  • "Dünya uşaq ədəbiyyatı" seriyasından Qrim qardaşlarının nağılları,
  • Pivovarovun "Üç minus və ya 5a sinfində əhvalat" povesti,
  • Yanuş Korçakın "Kral Birinci Matiuş" əsəri,
  • Saya Kazisin "Taxta başmaqlar" hekayələr toplusu,
  • Stendalın məşhur "Qırmızı və qara" romanı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydın Ələkbəroğlu haqqında məlumat. Aydın Ələkbəroğlu nədir? Aydın Ələkbəroğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tenis

  • Fevral 27, 2026

    Kadzuo İsiquro

  • Fevral 27, 2026

    Qobu

  • Fevral 27, 2026

    Congea

  • Fevral 27, 2026

    Aquşa rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst