Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; 21 oktyabr 1963, Bakı) — multidissiplinar sahədə fəaliyyət göstərən Azərbaycan alimi, fəlsəfə elmləri doktoru

Aydın Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Aydın Əlizadə

Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; 21 oktyabr 1963, Bakı) — multidissiplinar sahədə fəaliyyət göstərən Azərbaycan alimi, fəlsəfə elmləri doktoru, dosent.

Aydın Əlizadə
Aydın Əliyev
(1989-cu ilə qədər)
Doğum tarixi 21 oktyabr 1963 (62 yaş)
Doğum yeri SSRİ, Azərbaycan SSR, Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi Multidissiplinar tədqiqatlar
Elmi dərəcəsi Fəlsəfə üzrə elmlər doktoru
Elmi adları Baş elmi işçi, dosent
İş yerləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Alma-mater Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
Təhsili Ali
science.gov.az/az/forms/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ailəsi

İskəndər Əliyevin, Pəri Əliyeva və Abutalıb Abdullayevin nəvəsidir.

Həyatı

1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. 1978-2002 ilə qədər təsərrüfat sahəsində işləyib.

Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.

2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. Bir müddət həmin institutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü olmuşdu. 2023-cü ildən başlayaraq Bakı İlahiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən AAK-ın 8 dekabr 2023 il tarixli 3-50/3-1-1-271/2023 nömrəli əmri ilə yaradılmış qeydiyyat nömrəsi BFD 4.03 Birdəfəlik dissertatiya şurasının üzvüdür.

Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin) məqalələrin və tərcümələrin müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur.

Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi.

Elmi fəaliyyəti

Elmi fəaliyyəti multidissiplinar xarakter daşıyır və müxtəlif elm sahələrinin qovşağında formalaşmışdır. Tədqiqatları humanitar, ictimai və texniki fənlərin inteqrasiyasını əhatə edir. Təsərrüfat sahəsinin sosiologiyası, dinşünaslıq, siyasi sosiologiya, hüquq tarixi, fəlsəfə və ədəbiyyatşünaslıq sahələrində apardığı araşdırmalar bu fənlərin qarşılıqlı əlaqəsini nümayiş etdirir. Yanaşmaları həm tarixi-sosioloji metodları, həm də normativ-hüquqi və texniki təhlilləri birləşdirərək elmi nəticələrin praktik tətbiqinə və dövlət siyasətinə töhfə vermişdir.

Təsərrüfat sahəsinin sosiologiyası

Azərbaycanın iyirminci əsrin ortalarında qazlaşdırılmasının və kommunal təsərrüfatının tarixi-sosioloji aspektlərini arxiv materialları əsasında araşdırmışdır. Rus dilinə tərcümə edilmiş monoqrafiyalar Rusiya Dövlət Kitabxanasında açıq yayımdadır. Bununla da təsərrüfat sahəsinin sosiologiyası elm sahəsini ilk dəfə ölkə elmində tətbiq etmişdir. Bu sahədə elmi fəaliyyət praktiki xarakter daşıyır, SOCAR Qaz İxrac İdarəsi, "Azəriqaz" İB və Bakı İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti tərəfindən rəsmi olaraq tanınmışdır. Monoqrafiyalara xarici rəylər Volqoqrad İdarəetmə institutu və Rusiya Ali İqtisad Məktəbi tərəfindən verilmişdir. Azərbaycan mətbuatında da bu elmi əsərlərin haqqında yazılar dərc edilmişdır.

Fəlsəfə tarixi

Azərbaycan dilində antik fəlsəfə tarixi dərsliyini , eləcə də erkən Xristianlığın fəlsəfə tarixinə həsr edilmiş monoqrafiyanı dərc etmişdi. Bu əsərlər Azərbaycan dilində ali məktəblərdə istifadə olunan yeganə fundamental dərsliklərdir.

Hüquq tarixi və siyasi sosiologiya

Gizli Müsavatın təşkilatının tarixini, sağ-trotskiçilərin repressiya işini və 1944-1964-cü illərdə Azərbaycanda erməni kilsəsinin fəaliyyətini arxiv materialları əsasında araşdırmışdır.

Dinşünaslıq

Erkən müsəlman dövlətlərinin səlnamələrinin, eləcə də Moskva, Bakı və Almatı şəhərlərində nəşr olunmuş, rus, azərbaycan (həmmüəllifliklə) və qazax dillərində (həmmüəllifliklə) hazırlanmış, MDB məkanında tanınan və istinad edilən “İslam. Ensiklopedik lüğət”in müəllifidir. Əsər Qazaxıstanda dövlət qrantı ilə nəşr edilmiş, Qazaxıstan Elm və Təhsil Nazirliyinin rəsmi tövsiyəsi ilə ölkənin təhsil sisteminə daxil edilmişdir. Azərbaycanda bu əsərin beynalxalq əhəmiyyətini Bakı İlahiyyat institutu və Milli Məclis deputatı öz rəylərində təsdiqləmişdir.

Dinin sosiologiyası

“Dindarlıq, Tolerantlıq və İslahatlar: Azərbaycan Gəncləri Üzrə 2022-ci il Sosioloji Sorğusu” adlı sosioloji sorğu və təhlilin müəllifidir. Tədqiqat Bakı, Lənkəran, Gəncə və Zaqatala şəhərlərində gənclərin dindarlıq və dünyəvilik səviyyəsini öyrənmişdir. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı çərçivəsində icra olunmuş, dövlətin din siyasəti üçün praktik baza kimi təqdim edilmişdir.

Ədəbiyyatşünaslıq

Y. A. Eyvazovun “M. T. Sidqi: poeziya, maarifçilik, publisistika” monoqrafiyasının (Bakı, 2026, 320 s.) elmi redaktorudur. Sovet dövrü alimin əlyazmalarından və yayımlanmamış tədqiqatlarından istifadə edilərək ilk dəfə elmi ictimaiyyətə təqdim olunmuşdur. Sovet ideoloji qəlibləri çıxarılaraq müasir elmi kateqoriyalara uyğunlaşdırılmışdır – postsovet məkanında nadir nümunədir.

Beynəlxalq nəşrlər, sitat və yükləmələr göstəricisi

2016-cı ildə İtaliyada Fabrizio Serra Editore nəşriyyatında dərc olunmuş və Web of Science bazasında indeksləşdirilmiş “La religione nell'Azerbajgian contemporaneo” adlı məqalənin (Radif Mustafayevlə həmmüəlliflikdə) müəllifidir. Məqalə Religioni e società jurnalının XXXI, № 84 sayında (səh. 41–46) çap olunmuşdur.

2025-ci ildə ingilis dilində nəşr olunmuş Communal Economy in Azerbaijan during the Khrushchev Reforms (1953–1963): A Historical-Sociological Study monoqrafiyası nüfuzlu Europe-Asia Studies jurnalının (2025, cild 77, buraxılış 8, Routledge/Taylor & Francis) "Books Received" bölməsində təqdim edilmişdir. Jurnal Scopus və Web of Science (SSCI) bazalarında indeksləşən Q1–Q2 səviyyəli nəşrdir.

Sitat göstəricisi

Alimin əsərlərinə geniş istinadlar edilmişdir. Google Scholar məlumatına görə, onun işlərinə ümumilikdə 600-dən çox sitat gətirilmişdir, h-indeksi 5. Bu göstəricilər onun tədqiqatlarının həm yerli, həm də beynəlxalq elmi mühitdə dövriyyədə olduğunu sübut edir.

Yükləmələ göstəricisi

Zenodo platformasında yerləşdirilmiş əsərləri beynəlxalq səviyyədə maraq doğurmuşdur. Bəzi elmi işlərin yükləmə sayı (15.01.2026 tarixinə):

Əsərin adı Əsərin növü Dillər Yükləmə sayı
Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatın istismarı (1955-1970) Monoqrafiya az,ru 229
XX əsrin ortalarında Azərbaycanın kommunal təsərrüfatı (1953-1963) Monoqrafiya en,ru 323
Dindarlıq, Tolerantlıq və İslahatlar: Azərbaycan Gəncləri Üzrə 2022-ci il Sosioloji Sorğusu Sosioloji sorğu az,en,ru 151
Azerbaycan’in Bağimsizliğina Kavuşmasi için Gizli Müsavat’in Erdiği Mücadele Üzerine Bir Araştirma (1920–1926) Məqalə tr,en,ru 71
Azərbaycanda qirmizi terror: “Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyyətçi təşkilati”nin işi (1938-1956) Məqalə az,en,ru 56
Sovet Azərbaycanında etno-siyasi proseslər kontekstində Erməni Kilsəsi Məqalə en 98

Redaksiya heyəti üzvlüyü

İki elmi jurnalın redaksiya heyətinin üzvüdür:

  • Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Elmi Əsərlər” jurnalı (ISSN 2219‑9810).
  • Rusiya Federasiyası Prezidentinin yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının “Парадигмы управления, экономики и права” (İdarəetmənin, iqtisadiyyatın və hüququn paradiqmaları). Reg. № ЭЛ № ФС 77 — 78424, 15.06.2020; ISSN 2782‑5531.

Müəllimlik fəaliyyəti

2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur. 2008-ci ildə dosent adını almışdır.

Xarici keçidlər:

  • Aydın Əlizadənin AMEA Fəlsəfə və Sosiologiya İnstitutundakı rəsmi səhifəsi
  • Aydın Əlizadənin ORCID profili
  • Aydın Əlizadənin Linkedin profili
  • Aydın Əlizadənin Google Scholar profili
  • Aydın Əlizadənin ResearchGate profili
  • Aydın Əlizadənin Academia.edu profili
  • Zenodo-da Aydın Əlizadənin əsərləri
  • SSRN-də Aydın Əlizadənin əsərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydın Əlizadə haqqında məlumat. Aydın Əlizadə nədir? Aydın Əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Səna

  • Fevral 27, 2026

    Pornoqrafiya

  • Fevral 27, 2026

    Riçard Bakster

  • Fevral 27, 2026

    Akif Səlimov

  • Fevral 27, 2026

    Gilan dili

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst