Aydoğdu bəy (ö. 1302-ci ilin iyul ayı), Âşıkpaşazadənin Tevârih-i Âl-i Osman adlı əsərinə görə o, Osmanlı Bəyliyinin yaradıcısı olan Osman Qazinin qardaşı Gündüz bəyin oğludur və onun böyük qardaşının adı Aktemur bəydir. Onun doğum tarixinin 1284-1287-ci illər arasında olduğu təxmin edilir, çünki vəfat etdiyi 1302-ci ildə onun 16-17 yaşı var idi. Onun dünyaya gəldiyi yer konkret olaraq məlum deyildir.
| Aydoğdu bəy | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | 27 iyul 1302 |
| Dəfn yeri |
|
| Atası | Gündüz Bəy |
Həyatı
O, əmisi Osman Qazinin himayəsi altında böyümüş və eyni zamanda da onunla bir çox müharibələrdə iştirak etmişdir. O, hələ çox gənc yaşlarında (ehtimal ki, 17-18 yaşlarında) olarkən 1302-ci ilin iyul ayında baş vermiş olan Bafey müharibəsi zamanı vəfat etmişdir. Məzarı Bursa ilə Yenişehir arasında, indiki adı Ərdoğan Köyü olan Dimbosdan Qoyunhisara gedən yoldadır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydoğdu bəy haqqında məlumat. Aydoğdu bəy nədir? Aydoğdu bəy nə deməkdir?