Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aydamun (ərəb. عيدمون - Rom: Aidamoun‎) - Şimali Livanın Akkar əyalətinin eyniadlı rayonunda yerləşən şəhər. Beyrutdan təxminən 140 kilometr şimal-şərqdə və Tər

Aydamun

  • Ana Səhifə
  • Vikipediya
  • Aydamun

Aydamun (ərəb. عيدمون - Rom: Aidamoun‎) - Şimali Livanın Akkar əyalətinin eyniadlı rayonunda yerləşən şəhər. Beyrutdan təxminən 140 kilometr şimal-şərqdə və Tərabülüs əş-Şamdan 55 kilometr şimal-şərqdə yerləşir. Suriya sərhədindən təxminən 3 kilometr məsafədədir.

Aydamun
34°35′53″ şm. e. 36°17′13″ ş. u.HGYO
Ölkə
  •  Livan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 745 m
Xəritəni göstər/gizlə
Aydamun xəritədə
Aydamun
Aydamun

Aydamun Kavaşra ilə birlikdə Akkar vilayətində türk əhalisi olan iki qəsəbədən biridir. Qəsəbənin əhalisi təxminən 3000 nəfərdir ki, bunun da 75%-ni sünni türkmənlər təşkil edir. Qalan 25% yunan pravoslav və maronit xristianlarından ibarətdir. Aydamunda Akkar regionunun əksəriyyəti sünni olduğu üçün Livanın digər regionların ilə müqayisədə heç bir siyasi parçalanma və münaqişə yoxdur. Türklər də xristianlarla problemsiz yaşayırlar.

Amerikalı missioner Eli Smith 1838-ci ildə Aydamunu Şeyx Məhəmməd şəhərinin şərqində yerləşən yunan xristian və türkmən kəndi adlandırmışdır. 1966-cı ildə təxminən 300 əhalisi olan kənd yerli qadınların istehsal etdiyi Akkar xalçaları ilə məşhur idi.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2010-cu ilin noyabrında qəsəbəyə gələrək TİKA tərəfindən tikilən məktəbin açılışını etmişdir. Aydamun türk etnik bağlarına görə Türkiyədən inkişaf yardımı və maliyyə dəstəyi alır. Lakin qəsəbə əhalisinin Türkiyə ilə əlaqələri qonşu Türk kəndi Kavaşra qədər güclü deyil.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aydamun haqqında məlumat. Aydamun nədir? Aydamun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Henk Pim

  • Fevral 27, 2026

    Dəvədabanı

  • Mart 01, 2026

    Şeylanlı tayfası

  • Fevral 27, 2026

    Elxan Şıxəliyev

  • Fevral 27, 2026

    Bartolin vəziləri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst