Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının

Ayan Mirqasımova

  • Ana Səhifə
  • Vikipediya
  • Ayan Mirqasımova

Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Ayan Mirqasımova
Ayan Oqtay qızı Mirqasımova
Digər adı Ayan Mir-Qasım
Doğum tarixi 5 may 1969(1969-05-05) (56 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Oqtay Mirqasımov
Anası Nailə Mirqasımova
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20172017
IMDb ID0592396

Mündəricat

Həyatı

Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb.

Mükafatları

"Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxalq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə, 9 may 2024-cü ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

  • Kinorejissor Oqtay Mirqasımovun qızıdır.
  • AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun nəvəsidir.
  • Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı Mirələsgər Mirqasımovun qardaşı qızıdır.

Filmoqrafiya

  1. İnsanlar, atlar, təkərlər (film, 1979) — rol: Uşaq
  2. Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) — rol: Nailə
  3. Ötən ilin son gecəsi (film, 1983) — rol: Dilarə
  4. Avqust gələndə (film, 1984) — rol: Nailə
  5. Araqarışdıran (film, 1987) — rol: Rəna
  6. Özgə vaxt (film, 1996) — rol: Leyla
  7. Otel otağı (film, 1998) — rol: Rəna
  8. Nə gözəldir bu dünya... (film, 1999) — rol: Səbinə
  9. Yuxu (film, 2001) — rol: Bahar
  10. Ovsunçu (film, 2002) — rol: Mədinə
  11. Məkanın melodiyası (film, 2004) — rol: Rəna
  12. Biz qayıdacağıq (film, 2007) — rol: Nərgiz
  13. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  14. Günaydın, mələyim! (film, 2008) — rol: Mədinə
  15. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  16. Zəng (film, 2015)
  17. Hədiyyə (qısametrajlı film, 2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ayan mirqasımova sözünün mənası, ayan mirqasımova haqqında məlumat. ayan mirqasımova nədir? ayan mirqasımova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bəxtiyar Xanızadə

  • Fevral 27, 2026

    Söhrab Sepehri

  • Fevral 27, 2026

    Smolnı kafedralı

  • Fevral 27, 2026

    Kinovar

  • Fevral 27, 2026

    Korvinus Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst