Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avstriya zərbxanası (alm. Münze Österreich‎) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın ə

Avstriya zərbxanası

  • Ana Səhifə
  • Vikipediya
  • Avstriya zərbxanası

Avstriya zərbxanası (alm. Münze Österreich‎) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur.

Avstriya zərbxanası
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1194
Baş qərargahın yeri
  • Vyana
muenzeoesterreich.at
muenzeoesterreich.at/eng
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tərkibi 99,99% qızıldan ibarət qızıl külçəsi

Tarixi

Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı. Onun adı reyxsthaler (Reichsthaler) oldu. O, konvension taler (Conventionsthaler) çıxarıldığı 1753-cü ilə qədər Avstriyanın pul vahidi idi. 1700-cü ildə sikkə zərb edilməsi üçün vintli presdən istifadə edilməyə başlandı. 1780-ci ildə Mariya Tereza talerinin istehsalına başlandı. 1834-cü ildə Avstriya zərbxanası Landstraße küçəsində yeni bir binaya köçdü, köhnə binada isə geoloji idarə etmə binası yerləşdi. 1857-ci ildə Almaniya və Avstriyadakı ticarət əməliyyatlarını sadələşdirmək üçün vahid müttəfiq taler (Vereinsthaler) adlanan pul vahidinin istifadəsinə başlandı. Taler 1892-ci ildə Avstriya-Macarıstan hökuməti tərəfindən "krona" adlı yeni valyuta ilə əvəz olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avstriya zərbxanası haqqında məlumat. Avstriya zərbxanası nədir? Avstriya zərbxanası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Okan Buruk

  • Fevral 28, 2026

    Əfqanıstan Prezidenti

  • Fevral 27, 2026

    Serera

  • Fevral 24, 2026

    Chordata

  • Fevral 27, 2026

    Biləyən

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst