Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avropa-Asiya sərhədi — Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çö

Avropa-Asiya sərhəddi

  • Ana Səhifə
  • Vikipediya
  • Avropa-Asiya sərhəddi

Avropa-Asiya sərhədi — Avropa və Asiya arasındakı sərhəd çox vaxt Ural dağlarının şərq ətəyi və Muğalcar, Emba çayı, Xəzər dənizinin şimal sahili, Kumo-Manıç çökəkliyi və Kerç boğazı olaraq götürülür. Rusiya ərazisində sərhədin ümumi uzunluğu təxmini 5524 km-dir (bunun 2000 km Ural silsiləsi boyunca, 990 km Xəzər dənizi boyunca yerləşir.).

Avropa-Asiya sərhəddinin müxtəlif versiyaları

Bəzi mənbələrdə Avropa sərhədinin tərifinin fərqli bir versiyası var: Ural silsiləsi, Ural çayı və Qafqaz silsiləsinin suayrıcısı.

Avropanın ayrılması özü məntiqin və coğrafi şərtliliyin deyil, tarixin nəticəsidir.

Tarix

Eramızdan əvvəl VI əsrdən etibarən Avropa və Asiyanın sərhəddi indiyə qədər qərbdən şərqə doğru əhəmiyyətli bir hərəkətlilik yaşamışdır. Qədim yunanlar bunu Aralıq dənizinin orta hissəsinə qədər uzatmışdılar. Daha sonra e.ə. 524–457-ci illərdə Kerç boğazı və Don çayı sərhəd sayılmağa başlanılır. Ptolemeyin böyük elmi nüfuzu bu fikrin möhkəm qurulmasının və XVIII əsrə qədər dəyişməməsinin səbəbi idi.

Azərbaycan ərazisində Avropa və Asiya sərhədinin xəritəsi (variantlardan birinə uyğun olaraq)

1730-cu ildə İsveç alimi Filipp İohann fon Stralenberq dünya elmi ədəbiyyatında Avropa ilə Asiya arasında sərhəd çəkmək fikrini ilk dəfə əsaslandırır. Daha sonra 1736-cı ildə Vasili Tatişev bu fikri Stralenberqa təklif etdiyini iddia edir. Tatişev bu sərhədin Yaqorski Şar boğazından Ural silsiləsi, Ural çayı, Orsk və Orenburq kimi şəhərləri (indiki sərhədləri daxilində), Xəzər dənizi ilə Kuma çayına, Qafqaz, Azov və Qara dənizlərdən keçərək çəkdiyini əsaslandırır.

Bu fikir müasirləri və davamçıları tərəfindən dərhal tanınmır. Məsələn: Mixail Lomonosov Yer kürəsinin qatlarında (1757–1759) adlı traktatında Don, Volqa və Peçora boyunca Avropa ilə Asiya arasında bir xətt çəkir, lakin tezliklə Tatişevi izləyən tədqiqatları Ural silsiləsini Avropa ilə Asiya arasındakı təbii sərhəd kimi tanımağa başlayır.

Rus Coğrafiya Cəmiyyətinin Qazaxıstandakı ekspedisiyası

2010-cu ilin aprel-may aylarında Rusiya Coğrafiya Cəmiyyəti Avropa ilə Asiya arasındakı sərhədin Qazaxıstan ərazisindən keçməsinə dair ümumi qəbul edilmiş fikirləri yenidən nəzərdən keçirmək məqsədilə Qazaxıstana bir ekspedisiya təşkil etdilər. Ekspedisiya üzvləri Zlatoustun cənubundakı Ural silsiləsinin oxunu itirərək bir neçə paralel dağlıq hissəyə ayrıldığını və daha da cənubda dağların tədricən yox olduğunu, ənənəvi olaraq Avropa sərhədlərini çəkmək üçün istinad nöqtəsi rolunu oynayan Ural silsiləsi olduğunu təsdiqlədilər. Ekspedisiya üzvlərinin fikrincə, Ural və Emba çayları da ağlabatan sərhədlər deyildir. Çünki hər iki sahilindəki ərazinin təbiəti oxşardır. Ekspedisiya üzvləri, ilkin nəticəyə gəldilər ki, onlar üçün ən ağlabatan Şərqi Avropa düzənliyinin cənub-şərq ucu olan Xəzər ovalığının şərq kənarı boyunca Avropa ilə Asiya arasında sərhəd çəkməkdir.

İndiyə qədər bu ekspedisiyada iştirak edən rus və qazax alimlərinin rəyi Beynəlxalq Coğrafiya İttifaqı tərəfindən nəzərə alınmamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avropa-Asiya sərhəddi haqqında məlumat. Avropa-Asiya sərhəddi nədir? Avropa-Asiya sərhəddi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan füqərası

  • Fevral 27, 2026

    Həndbol

  • Fevral 27, 2026

    Behrud

  • Fevral 24, 2026

    21 dekabr

  • Fevral 27, 2026

    Aysedora Dunkan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst