Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Avaxıl — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Avaxıl kənd inzibati ərazi dairəsində kənd, Avaxıl kənd inzibati ərazi dai

Avaxıl

  • Ana Səhifə
  • Vikipediya
  • Avaxıl

Avaxıl — Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun Şamaxı rayonunun Avaxıl kənd inzibati ərazi dairəsində kənd, Avaxıl kənd inzibati ərazi dairəsinin mərkəzi. Kənd Nağaraxana bələdiyyəsinə aiddir.

Avaxil
40°48′00″ şm. e. 48°33′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Dağlıq Şirvan iqtisadi rayonu
Rayon Şamaxı rayonu
Bələdiyyə Nağaraxana bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.368 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 430 nəfər
Xəritəni göstər/gizlə
Avaxil xəritədə
Avaxil
Avaxil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avaxıl çayın (Ağsu çayın mənbəyi) sahilindədir. Yaşayış məntəqəsinin adı ərazisindəki mineral bulağın adından götürülüb. Yerli toponimikada bu adın hava axan, havası bol olan yer və s.mənada izahları vardır.

Mündəricat

Mədəniyyəti

Kənddə XIX əsrə aid məscid binası və hələ tam öyrənilməmiş qədim qəbristanlıqlar, o cümlədən Ömər Soltan Xəlvəti Avaxıli, Əhməd Rəvanı, qəbristanlıqları və Pir Qulu, Murad piri, Feyzulla piri, Alçalı pir, Pir Hüseyn, Pir Hacı, Dünya nənə və b. ziyarətgahlar mövcuddur. Ümumiyyətlə kənd ərazisinin bəzi yerlərindən saxsı qırıqları, saxsı kəhrizlərə və başqa maraq doğuran tapıntılara rast gəlinsə də heç zaman tarixi-arxeoloji tədqiqatlar aparılmamışdır.

Coğrafiyası və iqlimi

Kənd dəniz səviyyəsindən 1.386 metr hündürlükdə, rayonun inzibati mərkəzi Şamaxı şəhərindən 29 km uzaqlıqda yerləşir. Kənd Qabandağ silsiləsinin ətəyində Yekəqurşaqlı və Hallacı aşırımlarının arasında yerləşir. Ərazisində onlarla şirin su mənbələri , gözəl səfalı bulaqlar, o cümlədən müalicəvi əhəmiyyətli "İlisu" suyu vardır. Şamaxı rayonunun ən böyük şirin su mənbələrindən olan Qırxbulaq, Qoşabulaq, Kamil bulağı, Buzbulaq, Şıxbulağı, Nehrə bulağı, Şaqqulu bulaq, Əzgilli bulaq, Avaxıl bulağı, Böyük bulaq, İlisu, Kötüklü, Şirəli bulaq,Cəfər bulağı, Qaraçöhrə bulağı,Sərçə bulağı və bundan savayı onlarla şirin su mənbələri mövcuddur.

Avaxıl ərazisində maraq doğuran və güman ki təhrif olunaraq dəyişilmiş toponimlər - Mecbil, Aşağı yer, Çərşümə, Süpbiçən, Siyadahar, Kəlaxar, Araxçın, Gorxana, kimi ərazilər qədim yaşayış izləri olan məskənlər kimi tanınır.

Əhalisi

Kənd Avaxıl kənd inzibati-ərazi dairəsinə daxildir. Ev sahiblərinin sayı 85, Kənd əhalisi 430 nəfərdir ki, onunda 211 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir. Avaxıl kəndinin əhalisi azərbaycanlılardan ibarətdir.

İqtisadiyyatı

Keçmiş 3 ildə kəndə 5.000 turist gəlmişdir. Kəndə 24 saat elektrik enerjisi verilir. Kənd ərazisində "QOŞABULAQ" ,"Fortuna" ,"Qızıldaş", "Dağlar qoynunda" və başqa bir çox istirahət mərkəzləri mövcuddur.

Şəkilləri

  • Ümumi görünüşü
    Ümumi görünüşü
  • Məktəb
    Məktəb
  • Avaxıl bələdiyyəsi
    Avaxıl bələdiyyəsi
  • "Dağlar qoynunda" Ailəvi İstirahət Mərkəzi
    "Dağlar qoynunda" Ailəvi İstirahət Mərkəzi

Həmçinin bax

  • Buta (film, 2011)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avaxıl haqqında məlumat. Avaxıl nədir? Avaxıl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saçlı (roman)

  • Fevral 27, 2026

    Arximed qanunu

  • Fevral 27, 2026

    Malakanlar

  • Fevral 26, 2026

    Pərakəndə

  • Fevral 27, 2026

    1907-ci il

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst