Avan Yüzbaşı (fars. آوان یوزباشی, erm. Ավան հարյուրապետ; 1670, Loru – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır.
| Avan Yüzbaşı | |
|---|---|
| erm. Ավան հարյուրապետ(Մելիք Հովհաննես) | |
| Şəxsi məlumatlar | |
| Ləqəbi | Yüzbaşı |
| Doğum tarixi | 1670 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1735 (64–65 yaşında) |
| Vəfat yeri | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | Səfəvilər, Rusiya imperiyası |
| Xidmət illəri | 1724–1730 |
| Döyüşlər |
|
Bioqrafiya
Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır.
Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.
1720-ci ildə David bəyin rəhbərliyi altında Sünikdə Səfəvi hakimiyyətinə qarşı üsyan başladı. Üsyana rəhbərlik edən David bəy Sünikin cənubunu, o cümlədən Qafan şəhərini tutur. Bir müddət sonra üsyan Naxçıvan əyalətinə də yayıldı və bəzi zamanlarda David bəy Aqulis kəndini də ələ keçirdi. Eyni zamanda o, 1725–1727-ci illərdə Sünik Çuxursəd ərazisini işğal etməyə çalışan Osmanlı qüvvələrinə qarşı mübarizə aparırdı.
Avan David bəy rəhbərliyindəki üsyanın əsas simalarından biri idi. O, 1724-cü ildə Qafana getmiş və üsyana qoşulmuşdur. Onlar Qarabağ və Zəngəzurda həm Osmanlı, həm də Səfəvi qoşunlarının məğlub etmişdir. Rus çarına yazdığı məktubda Avan "biz çar hakimiyyəti altına girənə kimi vuruşacağıq. Biz xristianlıqdan heç vaxt imtina etməyəcəyik, öz inancımız üçün vuruşacağıq" yazmışdır. Xəmsə məliklikləri və Rusiya vəzifəliləri arasında rabitə quran erməni milliyətçisi Kəhva Çələbi yazır:
| Ən yaxın erməni qəsri... Şuşi (Şuşa) idi. Şuşi Şamaxıdan dörd günlük uzaqlıqdadır. Oranı Avan Yüzbaşı rəhbərliyindəki silahlanmış ermənilər dəstələri qoruyur. Patriax da daxil olmaqla, görüşdüyüm erməni rəhbərlər Şamaxı vasitəsilə Dərbəndə qayıtdılar. Şuşa qəsəbəsinin dağlarla örtülüdür. Silahlanmış ermənilər dəqiq sayı hələ də naməlumdur. Ermənilərin Qarabağda baş verən döyüşlərdə türkləri məğlub etdiyi barədə dedi-qodular yayılıb.... |
Avan Yüzbaşı 1728-ci ildə Bakı şəhərinə gedir və yenə ruslardan yardım istəyir. Bir il Bakıda, rus qarnizonunda xidmət göstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avan Yüzbaşı haqqında məlumat. Avan Yüzbaşı nədir? Avan Yüzbaşı nə deməkdir?