Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Autizm — həmçinin autizm spektr pozuntusu (ASP) kimi də tanınır — sosial ünsiyyət və qarşılıqlı əlaqədə fərqlər və ya çətinliklər, proqnozlaşdırıla bilənlik və

Autizm

  • Ana Səhifə
  • Vikipediya
  • Autizm

Autizm — həmçinin autizm spektr pozuntusu (ASP) kimi də tanınır — sosial ünsiyyət və qarşılıqlı əlaqədə fərqlər və ya çətinliklər, proqnozlaşdırıla bilənlik və rutininə güclü ehtiyac və ya üstünlük, hiss orqanlarının məlumatı emal etməsində fərqlilikər, müəyyən mövzulara fokuslanmış maraqlar və təkrarlanan davranışlarla xarakterizə olunan bir hal.

Autizm
Əşyaları təkrarlayaraq bir sıraya düzmək bəzən autizm göstəricisi sayıla bilər
Əşyaları təkrarlayaraq bir sıraya düzmək bəzən autizm göstəricisi sayıla bilər
XBT-10 F84.0
XBT-10-KM F84.0
XBT-9 299.00
XBT-9-KM 299.0
OMIM 209850
DiseasesDB 1142
MedlinePlus 001526
eMedicine med/3202 ped/180
MeSH D001321
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Autizmin xüsusiyyətləri erkən uşaqlıqdan etibarən özünü göstərir və adətən insanın bütün həyatı boyunca davam edir.

Autizm neyroinkişaf pozuntusu kimi təsnif edilir və rəsmi diaqnozun qoyulması üçün mütəxəssis tərəfindən bu xüsusiyyətlərin insanın gündəlik həyatında, onun yaşı və sosial mühiti ilə müqayisədə, əhəmiyyətli çətinliklər yaratdığının müəyyənləşdirilməsi tələb olunur.

Autizm bir spektr pozuntusu olduğu üçün onun təzahür formaları müxtəlifdir və dəstək ehtiyacları minimumdan – danışa bilməməyə və ya 24 saatlıq qayğıya qədər dəyişə bilər.

Autizm diaqnozları 1990-cı illərdən bəri artıb; bunun əsas səbəbləri daha geniş diaqnostik meyarlar, məlumatlılığın yüksəlməsi və qiymətləndirməyə çıxışın genişlənməsidir. Dəyişən sosial tələblər də rol oynaya bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2012–2021-ci illər arasında hər 100 uşaqdan təxminən 1-inə autizm diaqnozu qoyulub və tendensiyanın artdığı qeyd olunur. Müşahidə tədqiqatları göstərir ki, böyüklər arasında da, rəsmi şəkildə qiymətləndirilmələr aparılsa, bir o qədər faiz insan diaqnostik meyarlara cavab verərdi.

Autizm əsasən irsidir və çoxsaylı genlərlə bağlıdır; ətraf mühit faktorlarının rolu isə daha kiçik görünür və əsasən doğuşdan əvvəlki dövrə aiddir. Oğlanlarda autizm qızlara nisbətən bir neçə dəfə daha çox diaqnoz edilir, həmçinin təşviş, depressiya, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP), epilepsiya və əqli gerilik kimi hallar autizmli insanlarda daha çox müşahidə olunur. Müəyyən savant qabiliyyətləri digər qruplara nisbətən autizmli insanlarda daha çox yayılmışdır.

Autizmin müalicəsi (tam sağalması) yoxdur. Bir sıra autizm terapiyaları özünəqulluq, sosial və dil bacarıqlarını təkmilləşdirməyə yönəlmişdir. Ətraf mühit və sosial maneələrin azaldılması autizmli fərdlərin təhsil, məşğulluq və həyatın digər sahələrində daha dolğun iştirakına kömək edir. Heç bir dərman preparatı autizmin əsas əlamətlərini aradan qaldırmır, lakin bəzi dərmanlar narahatlıq (təşviş), depressiya, əsəbilik, DÇHP və epilepsiya kimi tez-tez müşayiət olunan halların idarə edilməsinə kömək etmək üçün istifadə olunur.

Qeydlər

  1. Bu rəqəm aşağı və orta gəlirli ölkələrdə yayılma dərəcəsinin real göstəricidən daha aşağı qiymətləndirməsini əks etdirə bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, autizm sözünün mənası, autizm haqqında məlumat. autizm nədir? autizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cuba

  • Mart 06, 2026

    Morbid Angel

  • Fevral 27, 2026

    Sarıcalı oymağı

  • Fevral 27, 2026

    Humanitar yardım

  • Fevral 27, 2026

    RUR reytinqi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst