Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Athena — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holiga

Athena

  • Ana Səhifə
  • Vikipediya
  • Athena

Athena — Türkiyənin ska və pank rok musiqi grupu. Gökhan Özoğuz və Hakan Özoğuz qrupun dəyişilməz üzvləridir. Türkiyəyə Ska və Pankı onlar gətirmişdilər. Holigan albomunun eyniadlı mahnısı futbol matçlarının dəyişməz sloganı oldu; eyni zamanda A Milli Basketbol komandası üçün yazıldığı "12 Dev Adam" mahnısı isə basketbol komandasının simvoludur. Bir çox rok musiqi dinləyicilərin fikrincə, Athena Türkiyənin ən yaxşı rok qruplarındandır.

Athena
Əsas məlumatlar
Üslub Ska punk
Fəaliyyət illəri 1987 — bu günə qədər
Ölkə İstanbul
Türkiyə Türkiyə
Leybl NR1 (1998)
Universal Müzik (2000-2004)
Pasaj Müzik (2005-)
Heyət Gökhan Özoğuz
Hakan Özoğuz
Umut Arabacı
Emre Ataker
Alican Tezer
Keçmiş üzvlər Asrın Tuncer
FeritTunçer
Ozan Karaçuha
Turgay Gülaydın
Canay Cengen
Burak Gürpınar
Ozan Musluoğlu
Doğaç Titiz

Mündəricat

Tarix

Yaranma və One Last Breath (1987-1997)

Hakan və Gökhan Özoğuz qardaşlarının musiqi sevdası 1987-ci ilin Afina macərası ilə başlanqıc nöqtəsi olaraq qəbul edilir. O vaxtlar hələ 11 yaşında olan və məktəb həyatı ilə maraqlanmayan Hakan və Gökhan keçmiş Pentaqram gitaristi Ümit Yılbardan gitara dərsləri almaq üçün hazırlaşmağa başladılar, sonradan isə Əkmər Pasajında elanlar asaraq, qrupu tamamlayacaq bas gitarist ve nağaraçı axtarışına çıxdılar. İşlərinin ilk mərhələsində Gökhan və Hakan və qrupa qatılan dostlarla birgə studia və musiqi alətlərini kirayə aldılar. O zamanlar D.R.I, S.O.D, Nuclear Assult, Slayer, Megadeth və Metallica kimi qruplardan ilhamlanan Athena, 4 mahnını özündə birləşdirən və hardcore thrash sound’lu ilk demolarını da yazmağa başladılar. Lakin bas gitarist və nağaraçı problemi hələ də mövcud idi. GBir neçə kadr dəyişikliyindən sonra, nəhayət 1990-cı ildə, Gökhan və Hakan, Turgay Gülaydın (nağara), Asrın Tuncer (bas gitara) və Ferit Tunçer (vokal) ilə nəhayət Athena tam formalaşmış bir qrupa çevrildi və böyük sürətlə musiqi aləminə ayaq basdı. 1993-cü ildə thrash sound’lu ilk albom One Last Breath satışa çıxarıldı. Albom satışa çıxmasından bir müddət öncə, bas gitarist Asrın Tuncer və vokal üzrə Ferit Tunçer qrupdan ayrılmışdı.

Avroviziya Mahnı Müsabiqəsi (2003-2004)

TRT telekanalı, 2003-cü ildə Sertap Erenerin Avroviziyadaki uğrundan sonra Türkiyədə keçiriləcək 49-cu Avroviziya Mahnı Müsabiqəsi üçün iddialı bir qrup axtarışına çıxdı. Athena qrupu ilə edilən görüşlər müsbət danışıqlarla birdikdən sonra, Türkiyəni məhz Athena təmsil edəcəyi açıqlandı. For Real adlı mahnı ilə yarışmaya qatılan Athena, 195 balla 4-cü yerə layiq görüldü.

Geri qayıdış (2009-cu ildən sonra)

Atalarının ölümü ilə dağılan qrup üzvləri Gökhan və Hakan qardaşları bir müddət İngiltərədə yaşayırdılar və bu 4 il ərzində mahnılar yazıb bəstələdilər və 2010-cu ildə yeni albom buraxdılar. 2010-cu ilin May ayında "Pis" adlı studiya albomu qrupun sayca 8-ci albomu oldu.

Tərkib

İndiki üzvlər

  • Gökhan Özoğuz-(vokal, gitara)
  • Hakan Özoğuz-(gitara, vokal)
  • Umut Arabacı-(bas gitara)
  • Sinan Tınar-(nağara)
  • Emre Ataker - (musiqili klaviatura)

Keçmiş üzvlər

  • Asrın Tuncer-(bas gitara) (1990-1993)
  • Ferit Tunçer-(vocal) (1991-1993)
  • Ozan Karaçuha-(bas gitara) (1993-2002)
  • Canay Cengen-(bas gitara) (2002-2003)
  • Turgay Gülaydın-(nağara) (1990-2002)
  • Doğaç Titiz-(nağara) (2002-2004)
  • Burak Gürpınar-(nağara) (2004-2007)
  • Ozan Musluoğlu-(bas gitara)
  • Alican Tezer-(nağara)

Diskoqrafiya

Albomlar

  • One Last Breath (1993)
  • Holigan (1998)
  • Tam Zamanı Şimdi (2000)
  • Mehteran Seferi (EP) (2001)
  • Herşey Yolunda (2002)
  • US (2004)
  • Athena (2005)
  • İT (EP) (2006)
  • 100 Şerefli Yıl (EP) (2007)
  • Pis (2010)
  • Ben böyleyim (EP) (2011)

Chartlarda pozisiyaları

Albom Single Ən yüksək pozisiya
Türkiyə Türkiyə Türkiyə Türkiyə Türkiyə Türkiyə Roku Avropa
Pis "Arsız Gönül" 20 3 —

Web links

  • Paramparça : Athena[ölü keçid] Fan site

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, athena sözünün mənası, athena haqqında məlumat. athena nədir? athena nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Xeyrünnisa Bəyim

  • Mart 06, 2026

    Bartalmay

  • Fevral 27, 2026

    Jozef Furye

  • Mart 01, 2026

    Əşrəf Qəni

  • Fevral 23, 2026

    Tətbiqi proqram

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst