Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni;

Ataməlik Cüveyni

  • Ana Səhifə
  • Vikipediya
  • Ataməlik Cüveyni
Bu məqalə tarixçi haqqındadır. fəqih üçün Əbdülmalik ibn Abdullah Cüveyni səhifəsinə baxın.

Əlaəddin Ataməlik ibn Məhəmməd Cüveyni və ya Ələddin Cüveyni (Farsca: علاءالدين عطا ملك جويني; Əbülmüzəffər Əlaəddin Ataməlik bin Bahaəddin Məhəmməd əl-Cüveyni; 1226 – 5 mart 1283, Arran) — fars tarixçisi və dövlət xadimi.

Əlaəddin Ataməlik Cüveyni
Əbülmüzəffər Əlaəddin Atamlik bin Bahaiddin Məhəmməd əl-Cüveynî
علاءالدين عطا ملك جويني
Doğum tarixi 1226(1226)
Vəfat tarixi 5 mart 1283(1283-03-05) (56–57 yaşında)
Vəfat yeri
  • Arran, Azərbaycan
Dəfn yeri
  • Təbriz
Fəaliyyəti tarixçi, Katib, şair, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cüveyni Ələddin 1226-cı ildə Xorasanın Cüveyn şəhərində məmur ailəsində anadan olmuş, təhsil almış, monqolların İranı işğal etməsindən sonra yenidən hakimlərin xidmətinə daxil olmuşdur.

Fəxrəddin Hinduşah ibn Səncər Naxçıvani Əlaəddin Ətaməlik Cüveyninin oğlu ilə yaxın dost olmuş və Cüveyniyə hörmət əlaməti olaraq "Sahibi"' nisbəsini qəbul etmişdir.

Məcdülmülk-i Yəzdi ilə düşmənçilik edirdi.

Bir məmur kimi görkəmli monqol xanlarının Bağdadda canişini olmuş, eyni zamanda bir tarixçi kimi fəaliyyət göstərib Çingiz xana və Xarəzmşahlara həsr olunmuş 3 cildlik "Dünyanı fəth edənin tarixi" əsərini yazmışdır. Əsərin üçüncü cildində Hülakü xanın İrana yürüşləri təsvir olunmuşdur.

Bu əsər Fəzlullah Rəşidəddinin tarixi epopeyası ilə birlikdə XIII əsr Monqolustan, Orta Asiya və İran tarixi üzrə ən qiymətli və etibarli mənbə sayılır.

Cüveyni orta əsrlərdə şəhərlərin quruluşu, hakimiyyət orqanları, idarə və vergi sistemləri haqqında çox dəyərli məlumatlar verir. Onun Çingiz xan, onun həyat və fəaliyyətinin ilk dövrləri haqqında söylədikləri Rəşidəddin və başqa tarixçilərin yazdıqlarını tamamlayaraq, sülalənin tarixinin bütün mənzərəsinin yaratmaqda əhəmiyyətli rol oynayır. Bu əsərində Cüveyni Ələddin özünü bir fars əyanı və məmuru kimi büruzə verirdi.

Lakin qətiyyətlə demək olar ki, tarixçinin dizləri monqol hakimlərinin qarşısında bükülsə də, gözləri ağı qaradan, haqlını haqsızdan seçmiş və bunu əsərində əks etdirməkdən çəkinməmişdir.

Əsərin elmi tənqidi mətni ilk dəfə Leydendə 1912–1937-ci illərdə nəşr olunmuşdur.

Əlaəddin Ataməlik Cüveyni 6 mart 1283-cü ildə Muğanda xəstələnərək vəfat etdi. Təbrizdə dəfn edildi.

Əsərləri

  • Tarix-i Cəhanqüşa (تاريخ جهانگوشاهى جويني; Ta' rīkh-i jahān-gushā)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ataməlik cüveyni sözünün mənası, ataməlik cüveyni haqqında məlumat. ataməlik cüveyni nədir? ataməlik cüveyni nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çanq adası

  • Fevral 27, 2026

    Badara

  • Fevral 26, 2026

    Əlibaba Məmmədov

  • Fevral 27, 2026

    Qramatika

  • Fevral 27, 2026

    Şevkəfza Sultan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst