Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, Naxçıvan Ali Məclisinin III, IV və V çağırış d

Asəf Tağıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Asəf Tağıyev

Asəf Tağı oğlu Tağıyev (30 aprel 1952, Yengicə, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, Naxçıvan Ali Məclisinin III, IV və V çağırış deputatı.

Asəf Tağıyev
Naxçıvan Ali Məclisinin III çağırışı, IV çağırışı və V çağırışının deputatı
2005 – 2019
Şəxsi məlumatlar
Doğum tarixi 30 aprel 1952(1952-04-30) (73 yaş)
Doğum yeri
  • Yengicə, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Tibb Universiteti

Mündəricat

Həyatı

Asəf Tağıyev 1952-ci il 30 aprel ayında Şərur rayonunun Yengicə kəndində anadan olub. 1959-cu ildə Yengicə kənd orta məktəbinin birinci sinfinə daxil olub və 1969-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə daxil olub.

Fəaliyyəti

Asəf Tağıyev 1971-ci ildə Azərbaycan Lenin Kominist Gənclər İttifaqının mərkəzi komitəsində Azərbaycan tələbə inşaat dəstələrinə baş sanitar həkim, 1973-cü ildə Bakı sahə Semaşko adına xəstəxanada anestezialoq, reanimotoloq vəzifələrində çalışmışdır. 1976-cı ildə Şərur rayonuna gələrək Çərçiboğan kənd sahə xəstəxanasında sahə həkimi, 1986-cı ildə Çərçiboğan kənd sahə xəstəxanasına baş həkim təyin edilir. 1987-ci ildə müəsissələrin icarə və özünüidarə etməsi ilə bağlı Moskva şəhərində kursda olmuşdur. 1988-ci ildə qabaqcıl kənd həkimlərinin Moskva müşavirəsinin iştirakçısı olmuşdur.

1990-cı il yanvar ayında Şərur rayonunda gedən hücumlar ərəfəsində, göstərdiyi həkimlik fəaliyyətinə görə Asəf Tağıyev, "Müharibə Veteranı" adına layiq görülür. 1991-ci ilin iyun ayından Şərur rayon mərkəzi xəstəxanasında müalicə işləri üzrə müavin, 1999-cu ildə isə baş həkim təyin olunur. 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının üzvü seçilir. 2005–2010-cu il Naxçıvan Muxtar Respublikasının III çağırış Ali məclisinə, 2010–2015-ci il Naxçıvan Muxtar Respublikasının IV çağırış Ali məclisinə və 2015–2020-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının V çağırış Ali məclisinə deputat seçilmişdir.

Ailəsi

1975-ci ildə Samux rayon Sərkar kənd sakini ali təhsilli kimi biologiya müəllimliyi 1953 təvvəlüdlü Axundova Rəqibə Həsən qızı ilə ailə həyatı qurur. 3 övlad sahibidir.

30 iyul 2000-ci ildə həyat yoldaşı, Axundova Rəqibə Həsən qızı uzun sürən xəstəlikdən sonra vəfat edir.

Oğlu Pərviz Tağıyev peşəkar kikboksinq idman növü ilə məşğul olub. Hal-hazırda hüquq mühafizə orqanlarında xidmətini davam etdirir. Bir neçə il əvvəl ölkə prezidenti İlham Əliyev onu şəxsi şücaətinə görə,"İgidliyə görə" medalı ilə təltif edib.

Mükafatları

  • 1990-cı il yanvar ayında Şərur hücumları ərəfəsində göstərdiyi həkimlik fəaliyyətinə görə "Müharibə Veteranı" adına;
  • 1991-ci ildə 15 iyun Naxçıvan MCCR Ali Sovet Rəyasət heyətinin fəxri fərmanı;
  • 2013-cü il 30 oktyabr Naxçıvan Respublikasının əməkdar həkimi;
  • 2014-cü ildə "Qızıl medal" mükafatı;
  • 2013-cü il 19 mayda İlin həkimi Milli mükafatına layiq görülmüşdür.

Həmçinin bax

  • Naxçıvan Ali Məclisi
  • Azərbaycan Tibb Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, asəf tağıyev sözünün mənası, asəf tağıyev haqqında məlumat. asəf tağıyev nədir? asəf tağıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anna Politkovskaya

  • Mart 01, 2026

    Cordan Henderson

  • Mart 02, 2026

    Fürqan

  • Fevral 28, 2026

    Şəhriyar

  • Fevral 27, 2026

    Yekaterina Hovard

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst