| Bu məqalə Astaraçay haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın. |
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay.
| Astaraçay | |
|---|---|
| Astaraçay | |
| |
| |
| Ölkə | |
| Keçdiyi ərazilər | Azərbaycan və İran |
| Mənbəyi | Astara rayonu, Şindanqalası dağı |
| • Yüksəkliyi | 1817 m |
| Mənsəbi | Xəzər dənizi |
| Uzunluğu | 38 km |
| Hövzəsinin sahəsi | 242 |
Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir.
Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.
Adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək, dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astaraçay haqqında məlumat. Astaraçay nədir? Astaraçay nə deməkdir?

