| Bu məqalə Astaraçay haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın. |
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay.
| Astaraçay | |
|---|---|
| Astaraçay | |
| |
| |
| Ölkə | |
| Keçdiyi ərazilər | Azərbaycan və İran |
| Mənbəyi | Astara rayonu, Şindanqalası dağı |
| • Yüksəkliyi | 1817 m |
| Mənsəbi | Xəzər dənizi |
| Uzunluğu | 38 km |
| Hövzəsinin sahəsi | 242 |
Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir.
Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.
Adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək, dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Astara çayı haqqında məlumat. Astara çayı nədir? Astara çayı nə deməkdir?

