Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan,– 20 dekabr 2013, Bakı,) — Azərbaycan musiqiçi, bəstəkar, virtuoz qarmon ifaçısı.
| Aslan İlyasov | |
|---|---|
| |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Salyan, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Dəfn yeri | Salyan, Azərbaycan |
| Vətəndaşlığı | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi |
| Fəaliyyət illəri | 1963—2013 |
| Musiqi aləti | qarmon |
Həyatı
Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. Sənətə tarla başlasa da əsasən qarmona həvəsi olub. Buna görə də tarı atıb, qarmonda ifa etməyə başlayır. Az yaşlarından ilk dəfə Aşıq Kamillə el məclislərinə və konsertlərə gedərək tanınmağa başlayır. 15 yaşından Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi çalışmağa başlayır. 1980-ci ildə Bakıda Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirir. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.
2005-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.
Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı", "Həyati" rəqsi ilə də tanınmışdır. Respublikanın bütün bölgələrində, həmçinin Rusiya və digər ölkələrdə bir çox sənətkarlarla el məclislərində və konsertlərdə çıxış etmişdir.
Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır.
İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb.
20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Musiqiləri
- "Aslani"
- "Həyati"
- "Səlyani"
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aslan İlyasov haqqında məlumat. Aslan İlyasov nədir? Aslan İlyasov nə deməkdir?
