Asim İsa oğlu Qazıyev (10 may 1926, Aşağı Qarasaqqal, Gəncə qəzası – 19 fevral 1999, Gəncə) — Azərbaycanlı şair, pedaqoq. Azərbaycan Yazıçılar İttifaqının üzvü.
| Asim Qazıyev | |
|---|---|
| Asim İsa oğlu Qazıyev | |
| |
| Təxəllüsü | Sevdalı |
| Doğum tarixi | 10 may 1926 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 fevral 1999 (72 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Uşağı | 4 |
| Təhsili |
|
| Fəaliyyəti | şair, pedaqoq, müəllim |
| İlk əsəri | Mənim yurdum (1948) |
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
Asim Qazıyev 10 may 1926-cı ildə Samux rayonunda anadan olub. Kirovabad (Gəncə) 3 nömrəli Tibb məktəbində (indi Gəncə Tibb Kolleci) oxuyub. 1946-cı ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1950-ci ildə dil-ədəbiyyat ixtisası üzrə tam kursu bitirib. Bununla bağlı "B No 813131 nömrəli" diplom təqdim edilib.
Müəllimlik arzusu onu doğma Samux rayonuna qaytarıb, orta məktəbə direktor təyin olunub. 1954-cü ildə Mingəçevir su anbarının tikintisi ilə əlaqədar Samuxun bir neçə kəndi Bərdə rayonuna köçürülüb.
Asim Qazıyev fəaliyyətini Bərdə rayonunun Leninabad (Samuxlu) kəndində davam etdirib. Çiy kərpicdən, sonra ağ daşdan məktəb binası tikdirib. Qabaqcıl məktəb direktoru, ictimaiyyətçi, el ağsaqqalı, şair kimi tanınıb. 1960-cı ildə maarif naziri Mehdi Mehdizadənin imzası ilə Azərbaycan SSR Maarif Nazirliyinin 822 nömrəli vəsiqəsi ilə "Qabaqcıl maarif xadimi" döş nişanına layiq görülüb.
Azərbaycan SSR Maarif Nazirliyinin 11 avqust 1988-ci il tarixli 174 nömrəli əmri ilə 1354 nömrəli vəsiqə ilə "Metodist müəllim" adı verilib.
1990-cı ildə səhhəti ilə əlaqədar təqaüdə çıxıb və Gəncə şəhərinə köçüb.
1999-cu il fevral ayının 19-da Gəncədə vəfat edib. Gəncənin Səbiskar qəbiristanlığında dəfn olunub.
Yaradıcılığı
14 yaşından şeir yazmağa başlayıb. Özünə Asim Sevdalı təxəllüsü götürüb. Tələbəlik illərində institutda ədəbiyyat dərnəyinə rəhbərlik edib. İlk dəfə "Mənim yurdum" adlı şeri 1948-ci ildə "Ədəbiyyat qəzeti"ndə çap olunub.
Azərbaycan Yazıçılar İttifaqının (AYB) Kirovabad (Gəncə) filialının üzvü olub.
1996-cı ildə Asim Sevdalının "Qələmin qüdrəti yaz, deyir mənə" adlı şer kitabı nəşr olunub. Asim Qazıyev xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimovun bəstələdiyi sevilən "Gözəl Gəncəmiz" və "Ümid çırağı" ("Könül sevinci") adlı mahnıların mətninin müəllifidir.
2016-cı il may ayında 90 illik yubileyi münasibətilə şairin "Xeyli sözüm var" adlı şeir kitabı çapdan çıxıb.
2018-ci ildə "Ürəkdən soruş" (ISBN 978-9952-8176-0-7) adlı üçüncü şeir kitabı nəşr olunub.
2025-ci ildə ""Ürək o ürəkdir" adlı yeni kitabı çap olunub. Kitabın redaktoru Fimar Asimqızı, tərtibçisi isə Firuq Qazızadədir. Kitabda şairin indiyə kimi çap olunmayan şeirləri və "Nazim Hikmət" adlı poeması yer alıb.
2024-cü ildə nəşr edilmiş "Sevdalı dünyamız" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə şair Asim Qazıyevin də həyat və yaradıcılığından söz açılıb, onun şeirlərinin bəzisi kitabda dərc edilib. Həmin ildə İstanbulda nəşr edilmiş "Şam işığı" adlı ədəbi məcmuənin 5-ci nömrəsində də Asim Qazıyevin şeirləri yer alıb.
2024-cü ildə nəşr edilmiş "Müəllimlərimiz" adlı ədəbi-bədii, elmi-publisistik məcmuənin 3-cü nömrəsində şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc olunub.
2024-cü ildə professor M. Çobanov adına Xeyriyyə Fondunun nəşr etdirdiyi "Qəlbimin səsi" adlı ədəbi-bədii, elmi-publisistik məcmuədə də şair Asim Qazıyevin şeirlərinin bir qismi dərc edilib.
"Yurddaş" toplusunun 2026-cı il ilk sayında Asim Qazıyevə ayrıca yer ayrılıb.
Asim Qazıyevin şeirləri onu tanımadan yaradıcılığına dəyər verən müxtəlif şəxslər tərəfindən səsləndirilmiş, sosial şəbəkələrdə yayılmışdır.
Kitabları
Ailəsi
Asim Qazıyev 1949-cu ildə qrup yoldaşı Fəridə Əzimova ilə ailə həyatı qurub. Bir oğlu, üç qızları var. Oğlu və bir qızı həkim, bir qızı müəllim, o biri jurnalistdir. Fəridə xanım 2004-cü ildə vəfat edib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asim Qazıyev haqqında məlumat. Asim Qazıyev nədir? Asim Qazıyev nə deməkdir?
