Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Əbdirrəhman Asim ibn Süleyman əl-Əhvəl əl-Bəsri (ərəb. عاصم الأحول‎‎; v. 760, Bəsrə) — Tabiin nəslinə mənsub mühəddis.

Asim əl-Əhvəl

  • Ana Səhifə
  • Vikipediya
  • Asim əl-Əhvəl

Əbu Əbdirrəhman Asim ibn Süleyman əl-Əhvəl əl-Bəsri (ərəb. عاصم الأحول‎‎; v. 760, Bəsrə) — Tabiin nəslinə mənsub mühəddis.

Asim əl-Əhvəl
ərəb. عاصم الأحول‎
Vəfat tarixi 760(0760)
Vəfat yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Elm sahəsi hədis
Elmi rəhbəri Ənəs ibn Malik
Tanınmış yetirməsi Abdulla ibn Mübarək

Bioqrafiyası

Doğulduğu yer və tarix haqqında mənbələrdə heç bir məlumat yoxdur. Adı Asim, ləqəbi isə Əhvəldir. Ərəbcə Əhvəl, "çəpgöz olmaq" deməkdir. Gözləri çəp olduğu üçün bu ləqəblə adlandırılmışdır. Ənəs ibn Malik və Abdullah ibn Sərcisdən hədis rəvayət etmişdir. Zəhəbi onu dördüncü təbəqə ricalı hesab etmişdir. Hədis rəvayət etdiyi tanınmış tabiinlər İbrahim ən-Nəxai, Həsən əl-Bəsri, Səid ibn Cübeyr və Mücahiddir. Özündən də Şöbə, Məmər ibn Rəşid, Yəhya ibn Səid əl-Qəttan, Abdullah ibn əl-Mübarək kimi məşhur mühəddislər hədis rəvayət ediblər. Əvvəllər Kufə bazarında möhtəsib, daha sonra isə xəlifə Əbu Cəfər əl-Mənsur dövrində Mədaində qazı işləmişdir. Onun Mədain möhtəsibi işlədiyi də nəql olunmuşdur. Lakin təbəqat kitablarına görə, Asim əl-Əhvəl daha çox hədis və rəvayətləri ilə məşhur olmuş, bu sahədə əksər alimlərin fikrincə hafizlik dərəcəsinə yüksəlmişdir. Süfyan əs-Səvri Asimi tanıdığı dörd böyük hədis hafizindən biri kimi göstərmişdir. Yəhya əl-Qəttan onu hədisdə zəif hesab etsə də, Əhməd ibn Hənbəl, İbn Məin, Əbu Züra və Əli ibn Mədini kimi alimlər onun etibarlı (siqa) olduğuna hökm vermişlər. Onun rəvayət etdiyi hədislərin başda "Kütübi-sittə" olmaqla demək olar ki, bütün mötəbər hədis kitablarında yer verilməsi də Asimin hədis elmindəki etibarlı mövqeyini təsdiqləyir. O, hicri 142 (miladi 760 və ya 761) və ya 143-cü ildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, asim əl-əhvəl sözünün mənası, asim əl-əhvəl haqqında məlumat. asim əl-əhvəl nədir? asim əl-əhvəl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Enerji

  • Mart 01, 2026

    Bafomet (heykəl)

  • Fevral 27, 2026

    Ülufə divanı

  • Fevral 27, 2026

    Vəz

  • Fevral 27, 2026

    Rover

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst