Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asansör (türkcə Asansör, hərfi tərcümədə “lift”, eynimənalı “ascenseur” fransız sözündən götürülmüşdür) və ya Tarihi Asansör- İzmir şəhərində (Türkiyə), Konak r

Asansör

  • Ana Səhifə
  • Vikipediya
  • Asansör

Asansör (türkcə Asansör, hərfi tərcümədə “lift”, eynimənalı “ascenseur” fransız sözündən götürülmüşdür) və ya Tarihi Asansör- İzmir şəhərində (Türkiyə), Konak rayonunun Karataş məhəlləsində yerləşən tarixi tikili, içərisində ictimai lift yerləşən qala, İzmirin məşhur görməli yerlərindən biri. Dəniz sahilində yerləşən Karataş məhəlləsindən (Mithatpaşa küçəsi) təpədə yerləşən Halilrifat Paşa küçəsinə (keçmiş Yəhudi məhəlləsinin aşağısı və yuxarısı) qalxmaq üçün 1907-ci ildə tikilmişdir.

Asansör, qərb tərəfdən mənzərə

Tarixi

Asansör, Dario Moreno küçəsindəki aşağı girişi

Asansörün kərpic lift qalası yəhudi mənşəli bankir və xeyriyyəçi Nesim Levi Bayraklıoğlu tərəfindən 1907-ci ildə tikdirilmişdir. Asansörün tikilməsində əsas məqsəd Mithatpaşa küçəsindən Halilrifat Paşa küçəsinə keçidi asanlaşdırmaq olmuşdur. Asansörün tikintisindən əvvəl 40 metrlik hündürlük fərqi olan bu küçələri 155 pillədən ibarət pilləkan (türklər onu Karataş Merdivenleri, yəhudilər Devidasların Merdiveni adlandırırdılar) birləşdirirdi. Deyilənə görə, pilləkənin yuxarı başında Devidas ailəsinin evi, aşağı başında isə onların dostu Nesim Levinin evi yerləşirdi. Bir gün ata Devidas pilləkəndən yıxılıb ayağını sındırdıqdan sonra Nesim Levi Asansörü tikdirmək qərarına gəlir.

XX əsrin 30-cu illərində Asansör qalasında kinoteatr, teatr səhnəsi və fotostudiya yerləşirdi. 1942-ci ildə tikili Şerif Remzi Reyentə satıldı. Onun ölümündən sonra Asansör vərəsəlik qaydasında onun qohumu Ayla Ökmene keçdi. 1983-cü ildə Ayla Ökmen tərəfindən İzmir şəhərinə bağışlanmışdır.

1985-ci və 1992-ci illərdə Asansördə İzmir Bələdiyyəsi tərəfindən təmir-bərpa işləri görülmüşdür.

Konstruksiyası

Asansör, yuxarı giriş

Tikilini fransız və italyan mühəndislər layihələndirmişdilər. Kvadrat plana malik qala dörd yarusdan ibarətdir. Dördmərtəbəli aşağı yarus daşdan, yuxarı iki yarus isə Marseldən gətirilmiş kərpicdən tikilmişdir. Yuxarıda yerləşən hər yarusun eni aşağıdakından kiçikdir. Üçüncü yarus Halilrifat Paşa küçəsi ilə eyni səviyyədə yerləşir. Burada qala ağac balkonla əhatə edilmişdir. Qalaya giriş üç qapıdan ibarətdir və onun şimal hissəsində yerləşir. Qalaya girişin yuxarısında dairəvi medalyonda tikilinin sifarişçisinə dair fransız (Ascenseur Construit par Nesim Levi Bayrakoğlu,1907 ) və ladino dillərində məlumat yerləşdirilmişdir.

Asansörün liftlərindən biri buxarla, digəri elektriklə hərəkətə gətirilirdi. 1985-ci ildə təmir edilərkən buxarla hərəkət prinsipi ləğv edilmiş və digər lift də elektrik enerjisi ilə işləməyə başlamışdır.

Asansörün tikintisi başa çatdırıldıqdan sonra ona aparan kiçik küçə Asansör dalanı (türkcə Asansör Çıkmazı) adlanmağa başlanmışdı. Əsasən yəhudilərin məskunlaşdığı bu küçədə 11 nömrəli evdə məşhur müğənni və aktyor Dario Moreno yaşadığından bu gün həmin küçə onun adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, asansör sözünün mənası, asansör haqqında məlumat. asansör nədir? asansör nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Sailor Moon

  • Mart 01, 2026

    Ladoqa gölü

  • Fevral 27, 2026

    Haulend adası

  • Mart 06, 2026

    Cinchoneae

  • Fevral 27, 2026

    Beşyüzlər Şurası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst