Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Artur Tüdor (20 sentyabr 1486 – 2 aprel 1502[…]) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin ilk övladıdır. İngiltərə taxtının varisi olsa da, atasından

Artur Tüdor

  • Ana Səhifə
  • Vikipediya
  • Artur Tüdor

Artur Tüdor (20 sentyabr 1486 – 2 aprel 1502[…]) — İngiltərə kralı VII Henrinin və Yorklu Elizabetin ilk övladıdır. İngiltərə taxtının varisi olsa da, atasından öncə vəfat etmişdir.

Artur Tüdor
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1486(1486-09-20)
Vəfat tarixi 2 aprel 1502(1502-04-02)[…] (15 yaşında)
Vəfat səbəbi İngilis təri
Atası VII Henri
Anası Yorklu Elizabet
Həyat yoldaşı
  • Araqonlu Ketrin (1501–1502)

Təltifləri Knight of the Garter
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Uşaqlıq illəri

Artur Tüdor İngiltərənin Tüdor sülaləsindən olan ilk kralı VII Henrinin ilk övladı olaraq 20 sentyabr 1486 tarixində Londonda dünyaya gəldi. Anası Yorklu Elizabetin və atası VII Henrinin 7 övladı olsa da, sonradan bunların üçü uşaq yaşda vəfat etmiş, geriyə Artur Tüdor, Marqarita Tüdor, VIII Henri və Mariya Tüdor qalmışdır. Erkən dünyaya gəldiyi üçün ömrü boyu xəstəliklərlə məşğul olmuşdur. Vəftiz mərasimində "Knight of Bath" (Bath cəngavəri) titulu almışdır. 3 yaşında ikən Uels şahzadəsi, 5 yaşında ikən "Knight of the Garter" (Garter cəngavəri) titullarını aldı.

Evliliyi

Kral II Ferdinand və Kraliça İzabellanın qızı olan Araqonlu Ketrinlə uşaq yaşlarında nişanlanmışdı. Bu nikahla əslində iki dövlət arasındakı münasibətlər düzəldilməli idi. Ancaq Ketrinin ailəsi bu nikahı istəmirdi. Bəzi tarixçilər bunun səbəbinin Artur Tüdorun xəstəlikləriylə bağlı yayılan şayiələr olduğunu qeyd edir. Bir müddət qızlarının çox kiçik yaşlarında olduğunu bəhanə gətirən ailə 1501 tarixində qızlarını İngiltərəyə yollamağa məcbur oldu.

Ölümü

Artur Tüdor evliliyin 140-cı günü hələ 16 yaşında ikən anidən vəfat etmişdir. Böyük ehtimalla o dönəmdə İngiltərədə yayılan epidemiyadan vəfat edən Artur Tüdordan sonra taxt vəliəhdi onun kiçik qardaşı Henri oldu. Artur Tüdorun vəfatı ilə İngiltərə aristokratları ispan tərəfdaşlarını itirdi. Bu ittifaqın pozulmaması üçün Araqonlu Ketrin yeni vəliəhd Henri ilə nişanlandı. Nişandan öncə Papa II Yulinin də fikri və xeyir duası alındı. Nəhayət 1509-cu ildə Araqonlu Ketrin özündən 6 yaş balaca olan VIII Henri ilə evləndirildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artur Tüdor haqqında məlumat. Artur Tüdor nədir? Artur Tüdor nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Soul

  • Fevral 25, 2026

    Fetişizm

  • Fevral 24, 2026

    E.ə. 428

  • Fevral 24, 2026

    Venoz sistemi

  • Fevral 23, 2026

    Monqolustan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst