Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülal

Arran (hökmdar)

  • Ana Səhifə
  • Vikipediya
  • Arran (hökmdar)

Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır.

Arran
Qafqaz Albaniyasının çarı
? – I əsrin ortaları
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıAray
Şəxsi məlumatlar
Milliyyəti alban
Dini Zərdüştilik

Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır:

“Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafət nəslindən və Sünik soyundan olan Arran onlara hakim təyin olunur.”

Mündəricat

Hakimiyyət ərazisi və varisləri

Moisey Kalankatlı qeyd edir ki, Arranın hakimiyyəti dövründə Qafqaz Albaniyası`nın ərazisi Araz çayından Xunan qalasına qədər olan ərazini əhatə etmişdir. Erməni mənbələri isə IV əsrə qədər Araz və Kür çayları arasındakı ərazilərin Böyük Ermənistanın tərkibində olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır:

“Arran Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.”

— Moisey Kalankatlı, I, V.

Bəzi alban tayfalarının birbaşa Arranın nəslindən törəməsi haqqında məlumat vardır. Tədqiqatçılar isə bu fikrə şübhə ilə yanaşmışlar. Moisey Kalankatlı yazır:

“Deyilənə görə, həmin Arranın nəslindən olan məşhur və cəsur ərlərin çoxunu çar Vologez özü hakim təyin etmişdir. Uti, Girdiman, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalqlar da həmin Arranın oğullarının nəslindəndir.”

— Kalankatlı, I, V.

Adın etimologiyası

Prof. Q. Qeybullayev yazır ki, “Arran” sözü qədim türk dilində “ərən” – igid, cəsur sözündəndir.

Arran toponimi

Moisey Kalankatlı Albaniya adının məhz Arranın şərəfinə verildiyini yazır:

“Onlar öz ölkələrinə Ağvan adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə,”ağu”, “mehriban” deyə çağırırdılar.”

— Kalankatlı, I. V.

Həmçinin bax

П: "Qafqaz Albaniyası" portalı
  • Arranilər
  • Qafqaz albanları
  • Azərbaycan türklərinin etnogenezi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arran (hökmdar) haqqında məlumat. Arran (hökmdar) nədir? Arran (hökmdar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Cənub-Şərqi Asiya

  • Fevral 27, 2026

    Şiz qalası

  • Fevral 27, 2026

    Tektonik plitələr

  • Fevral 27, 2026

    Manjaro

  • Fevral 27, 2026

    Giya Kançeli

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst