Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk ko

Arif Paşa

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Paşa

Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Birinci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir.

Arif Paşa
Azərbaycan Ümid Partiyası sədrinin ümumi məsələlər üzrə müavini
19 oktyabr 2009 – ?
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini
1995 – 2002
SədrƏbülfəz Elçibəy (1995-2000)
Əli Kərimli (2000-)
Əvvəlkivəzifə təsis edildi
Azərbaycan Xalq Cəbhəsinin sədr müavini
İyul 1992 – 1995
SədrƏbülfəz Elçibəy
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1959(1959-05-15) (66 yaş)
Doğum yeri
  • Laçın, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Ümid Partiyası (2009),
  • Müasir Müsavat Partiyası,
  • Ədalət Partiyası,
  • Ədalət, Hüquq, Demokratiya Partiyası (2004),
  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (1995–2002),
  • Azərbaycan Xalq Cəbhəsi (1989–1995)
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Xidmət illəri 1991–1992
Qoşun növü Azərbaycan Quru Qoşunları
Döyüşlər Birinci Qarabağ müharibəsi
Rütbəsi Polkovnik

Mündəricat

Həyatı

Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib.

Həbsi

1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.

Siyasi fəaliyyəti

1984–1991-ci illərdə müxtəlif təsərrüfat müəssisələrinin rəhbəri vəzifələrində çalışıb, Laçın rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini olub. 1988-ci ilin iyun ayında Laçın rayon Xalq Cəbhəsini yaradıb və ona başçılıq edib. Həmin vaxtlar hələ Azərbaycan Xalq Cəbhəsi yaranmamışdı. AXC-nin ilk İdarə Heyətinin üzvü seçilib. 1992-ci ilin iyulundan 2002-ci ilədək Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub.

1995-ci il parlament seçkilərində Arif Paşa Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 5-ci sırada olmuşdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur. Beləliklə, Arif Paşa deputat seçilə bilməmişdir.

2002-ci ildən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərmişdir. Daha sonra Ədalət Partiyasına üzv olan Arif Paşa sonralar isə Müasir Müsavat Partiyası daxilində fəaliyyət göstərmişdir.

Arif Paşa 19 oktyabr 2009-cu il tarixində Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə tərəfindən partiyanın sədr müavini təyin olunmuşdur.

Hərbi fəaliyyəti

1988-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat-Müvəqqəti Fövqəladə Komitə yaradıb. 1988-ci ilin aprelində üzvlərinin sayi bir neçə min nəfər olan Laçın rayon Müdafiə Komitəsini yaradıb və ona başçılıq edib.

1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1N-li əmri ilə Laçın rayon Ərazi Müdafiə Batalyonunun komandiri təyin edilib və Azərbaycanda ilk milli hərbi hissəni yaradıb. 1992-ci ilin martında Azərbaycanda ilk nizami hərbi alay — Laçın Alayını yaradıb və onun komandiri təyin edilib. 1992-ci ilin aprelin 30-da naməlum səbəblərdən alayın komandiri vəzifəsindən azad edilib. Bundan 18 gün sonra erməni silahlı birləşmələri Laçın rayonunu işğal ediblər. Laçın işğal olunandan sonra 1993-cü ilin avqust ayında ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılıb. 1995-ci ilin mayında bəraət alıb.

Azərbaycanın ilk milli marşı olan Əsgər Marşı, Arif Paşayevin komandir olduğu, Laçında ilk yaradılan könüllülərdən ibarət Ərazi Müdafiə Batalyonunda oxunub. Sonradan həmin batalyon 811 saylı alay oldu. Ehtiyatda olan polkovnikdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arif paşa sözünün mənası, arif paşa haqqında məlumat. arif paşa nədir? arif paşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Efir

  • Fevral 27, 2026

    Teymur Əliyev

  • Mart 06, 2026

    Çanaxçı çayı

  • Mart 01, 2026

    Şeymas Xini

  • Fevral 27, 2026

    ATOW1996

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst