Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Mehdi oğlu Ağayev (1931, Noraşen rayonu, Naxçıvan MSSR – 2009, Naxçıvan) — Azərbaycan SSR dövlət xadimi və deputatı.

Arif Ağayev

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Ağayev

Arif Mehdi oğlu Ağayev (1931, Noraşen rayonu, Naxçıvan MSSR – 2009, Naxçıvan) — Azərbaycan SSR dövlət xadimi və deputatı.

Arif Ağayev
Arif Mehdi oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 1931(1931)
Doğum yeri
  • Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2009(2009) (77–78 yaşında)
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Partiya

Sovet İttifaqı Kommunist Partiyası (1955-1991);

Yeni Azərbaycan Partiyası (1992-2009).
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) 1949-1953
İxtisası İqtisadçı
Fəaliyyəti İqtisadçı, deputat

Mündəricat

Həyatı

Arif Ağayev 1931-ci ildə Naxçıvan MSSR, indiki Şərur rayonunun Mahmudkəndində anadan olmuşdur. Atasının adı Mehdi, anasının adı isə Çimnaz olmuşdur.

Şəxsi həyatı

Diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, 1937-ci ilin ilk repressiya qurbanlarından olan Nəcəfqulu Nəcəfovun və Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi Nazlı Nəcəfovanın qızları Şəfiqə Ağayevanın həyat yoldaşıdır. 1-ci dərəcəli Vətən Müharibəsi Ordenli Hüseynqulu Ağayevin əmisi oğludur.

4 övladı (Akif, Qəzənfər, Kamran və Çimnaz) var.

Təhsili

Naxçıvan şəhərində orta təhsilini bitirdikdən sonra, ali təhsil almaq məqsədilə Bakıya gedərək, 1949-cu ildə Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universitetinə) qəbul olmuş, 1953-cü ildə həmin institutu əla qiymətlərlə bitirərək Dövlət İmtahan Komissiyasının 1953-cü il, 27 iyun tarixli qərarı ilə Ona iqtisadçı ixtisası verilmişdir.

Ölümü

O, uzun sürən xəstəlikdən sonra 17 fevral 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmiş və şəhər qəbirstanlığında dəfn edilmişdir.

Əmək fəaliyyəti

Bakıda ali təhsilini başa vurduqdan sonra doğma yurdu Naxçıvana geri qayıdan Arif Ağayev ilk dəfə əmək fəaliyyətinə Xalq Təsərrüfatı İnstitutunda onun rektoru və müəllimi olmuş Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci Katibi Xurşud Məmmədov tərəfindən Vilayət Komitəsində iqtisadçı vəzifəsinə təyin edilərək başlamış, daha sonra isə Vilayət Komitəsinin növbəti birinci Katibi Hacıağa İbrahimovun baş köməkçisi vəzifəsinə təyin edilmişdir.

Növbəti olaraq O, Naxçıvan MSSR-in ticarət, sənaye və istehsalat sahələrində bir neçə zavodların (Naxçıvan MSSR Şərab emalı zavodu, Süd zavodu və s.) direktoru olmuşdur. Onun rəhbərlik etdiyi dövrdə qeyd olunan zavodlar əvvəlki dövrlərlə müqayisədə sürətlə və kompleks şəkildə inkişaf etmiş və Naxçıvan MSSR üzrə iqtisadiyyat və aqrar sahələrdə güclü sənaye potensialı yaranmış idi.

Naxçıvan MSSR-in ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində konkret nəticələr əldə etdiyinə görə Arif Ağayev Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 40 illiyi münasibətilə 1964-cü ildə keçirilən təntənəli yubiley mərasimində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1964-cü il, 22 oktyabr tarixli qərarı ilə "Naxçıvan MSSR-də iqtisadiyyatın inkişaf etdirilməsində xidmətlərinə görə" Fəxri Fərmanla təltif edilmişdir.

Daha sonra O, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Naxçıvan şəhər XDS-nin 67 saylı dairəsindən deputat seçilmiş, Azərbaycan SSR Ticarət Nazirliyinin Naxçıvan MSSR bölməsinin direktoru, Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin iqtisadi məsələlər üzrə direktor müavini kimi vəzifələrdə çalışmışdır.

Yuxarıda sadalanan məsuliyyətli vəzifələrdə 40 ildən artıq müddətdə şərəf və ləyaqətlə çalışan A. Ağayev muxtar respublikada təvazökar və sadə dövlət xadimi kimi tanınmış şəxsiyyətlərdən birinə çevrilmiş idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, arif ağayev sözünün mənası, arif ağayev haqqında məlumat. arif ağayev nədir? arif ağayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Əsgər

  • Fevral 27, 2026

    Qum saatı

  • Fevral 27, 2026

    Fikrət Sadıqov

  • Mart 01, 2026

    L-Mir

  • Fevral 24, 2026

    Yunus Əmrə

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst