Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmda

Arif Alışanov

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Alışanov

Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019).

Arif Alışanov
Arif Nizam oğlu Alışanov
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC sədri
2006 – 2019
ƏvvəlkiNizami Xudiyev
SonrakıRövşən Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1960 (65 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə doktoru

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib.

Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.

1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.

28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.

2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsindən azad edilib.

İqtisad elmləri namizədidir. Türk və rus dillərini bilir.

Evlidir, 3 övladı var.

Mükafatları

  • 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 15.07.2015

Filmoqrafiya

  1. Böyük ömrün davamı (film, 2007)
  2. Mətbuat fədaisi (film, 2007)
  3. Zirvəyə doğru (film, 2007)
  4. Prezident (2007)
  5. Liderlik missiyası (film, 2008) (üçseriyalı sənədli film)
  6. 20 il. Müstəqillik (film, 2011) (sənədli serial) (ssenari müəllifi)
  7. 20 il. Əsrin müqaviləsi (film, 2014) (tammetrajlı sənədli film) (ssenari müəllifi)
  8. 2014 Azərbaycanda "sənaye ili" (film, 2015) (tammetrajlı sənədli film) (ssenari müəllifi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Alışanov haqqında məlumat. Arif Alışanov nədir? Arif Alışanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    ISO 3166-2:BE

  • Mart 01, 2026

    Hold Me

  • Fevral 27, 2026

    Milet

  • Fevral 27, 2026

    Sinaps

  • Fevral 27, 2026

    Qrodno

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst