Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir.

Ardon (şəhər)

  • Ana Səhifə
  • Vikipediya
  • Ardon (şəhər)

Ardon (Osetin. Ӕрыдон) Şimali Osetiya Respublikasında şəhərdir. Ardonski rayonunun inzibati mərkəzidir. Bələdiyyəni "Ardon şəhər qəsəbəsi" təşkil edir.

Ardon
43°10′ şm. e. 44°17′ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1824
Sahəsi
  • 20,7 km²
Mərkəzin hündürlüyü 420 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 18.960 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86732
Poçt indeksi 363330–363334
Xəritəni göstər/gizlə
Ardon xəritədə
Ardon
Ardon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Ardon şəhəri Osetiya yamacında, Ardon çayının sol sahilində və Tarqaydon qolunda, Vladiqafqazdan 35 km şimal-qərbdə yerləşir. Şəhərdə mülayim kontinental iqlim üstünlük təşkil edir. Ən isti ay iyul ayı hesab olunur, ortalama temperatur 20.4 °C, ən soyuq ay yanvar ayıdır.Şəhərdə orta temperatur 9.4 °C təşkil edir. Hər il şəhərdə təxminən 512 mm yağış yağır.

Tarixi

1824-cü ildə Elizavetinski və Konstantinovski hərbi yaşayış məntəqələri arasındakı yol Terekin sol sahilinə köçürüldü. Onu qorumaq üçün Ardon da daxil olmaqla bir sıra yeni məkanlar inşa edildi. Bir il sonra, hərbi məkanın yaxınlığında Alagir dərəsindən dağ sakinləri tərəfindən məskunlaşmağa başlayan bir kənd yarandı. 1838-ci ildə Osetiya kəndi yaxınlığında Ardon kəndi yarandı. Vladiqafqaz kazak alayının bir hissəsi buraya köçürüldü. Xidmətdən kənarlaşdırılan kazaklar yaşayış yerlərinin tənzimlənməsi ilə məşğul olurdular. Hökumət, lazımi alətləri almaq üçün 10 min rubl xərclədi, çatdırmaq üçün arabaları olan 60 cüt öküz ayırdı.1964-cü ildə Ardon şəhər statusu aldı.

Sənaye müəssisələri

Ardon şəhərində şüşə zavodu, Alkoqol zavodu, Asfalt zavodu, "Прогресс" daş karxanası zavodu, Kərə yağı və pendir fabriki fəaliyyət göstərir.

Əhali

1 yanvar 2019-cu il tarixində şəhər əhali yerləşməsinə əsasən Ardon şəhəri Rusiya Federasiyasının 1115 şəhərindən 683-cü yerdə idi. 2010-cu il ümumrusiya əhalinin siyahıya alınmasına əsasən Ardon şəhərinin əhalisinin milli tərkibini osetinlər 78,1 %, ruslar 17,8 %, ermənilər 1,4 %, digərləri 2,7% təşkil edir.

Təhsil və Mədəniyyət

Şəhərdə 6 uşaq bağçası, 4 orta təhsil müəssisəsi, Ardon Aqrar və Texnologiya Kolleci, İdman kompleksi, Mədəniyyət Sarayı, Musiqi məktəbi, Mədəniyyət və Təhsil Muzeyi, Kitabxana, İstirahət və mədəniyyət parkı (2017-ci ildə açılıb) mövcuddur.

Məkanlar

  • Qədim Tsırt məzarlığı
  • İkinci Dünya müharibəsində şəhid olan əsgərlərə kütləvi məzarlıq
  • Ardonda kazak kəndinin qurucularına bir abidə
  • Şəhərin girişində İbadət
  • Şəhər mərkəzindəki Lenin abidəsi
  • 2 nömrəli məktəbdə Stalin abidəsi
  • Ardon Mədəniyyət və Təhsil Muzeyi
  • Sozırıko Xoranov abidəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ardon (şəhər) sözünün mənası, ardon (şəhər) haqqında məlumat. ardon (şəhər) nədir? ardon (şəhər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sankhya

  • Fevral 23, 2026

    Cədvəl

  • Fevral 27, 2026

    Gips (mineral)

  • Fevral 27, 2026

    İPhone

  • Mart 01, 2026

    Tomazo Albinoni

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst