Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim.

Aralıq Kolanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Aralıq Kolanlı

Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonu kənd, türk mənşəli toponim.

Aralıq Kolanlı
40°06′47″ şm. e. 44°16′18″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 840 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.845 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Aralıq Kolanlı xəritədə
Aralıq Kolanlı
Aralıq Kolanlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Aralıq Kolanlı kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonun mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aralıx formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilir.

Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 676 nəfər, 1886-cı ildə 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1916-cı ildə 772 nəfər, 1919-cu ildə 1118 nəfər yaşamışdır. 1919-cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır.

SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana deportasiya olunmuşdur.

1986-cı ildə çap edilmiş «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə burada yaşayan azərbaycanlı əhali erməni əhalisi kimi göstərilir. Guya, burada elə tarixən ermənilər yaşamışdır. Bu, erməni saxtakarlığının bir formasıdır.

Toponim Azərbaycan dilində «orta, iki yerin arası, ara» mənasında işlənən aralıq sözü ilə mənsubluq bildirən -lı şəkilçisinin qəbul etdiyi kolanı türk tayfa adı əsasında əmələ gəlib «aralıqda kolanı tayfasına aid kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin adı əvvəlcə dəyişdirilib Aralıq, sonra Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə yenidən dəyişdirilib Qriboyedov qoyulmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aralıq kolanlı sözünün mənası, aralıq kolanlı haqqında məlumat. aralıq kolanlı nədir? aralıq kolanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    San Sebastian

  • Fevral 25, 2026

    Loru mahalı

  • Fevral 27, 2026

    Cambi

  • Mart 01, 2026

    Samid İmanov

  • Fevral 27, 2026

    Ernst Kaltenbrunner

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst