Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aptek zəncəfili (lat. Zingiber officinale) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü.

Aptek zəncəfili

  • Ana Səhifə
  • Vikipediya
  • Aptek zəncəfili

Aptek zəncəfili (lat. Zingiber officinale) — bitkilər aləminin zəncəfilçiçəklilər dəstəsinin zəncəfilkimilər fəsiləsinin zəncəfil cinsinə aid bitki növü.

Aptek zəncəfili
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Klad:
Kommelinidlər
Dəstə:
Zəncəfilçiçəklilər
Fəsilə:
Zəncəfilkimilər
Yarımfəsilə:
Zəncəfilkimilər
Triba:
Zəncəfilkimilər
Cins:
Zəncəfil
Növ:
Aptek zəncəfili
Beynəlxalq elmi adı
  • Zingiber officinale Roscoe, 1807[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  42402
NCBI  94328
EOL  987032

Mündəricat

Botaniki xarakteristikası

Çoxillik ot bitkisi olub,hündürlüyü 1 m-ə qədər, güclü budaqlanan, üfüqi istiqamlətli kökümsova malikdir. Yarpaqları növbəli, qınlı, ensiz neştərşəkilli, bütövkənarlı olub, aşağı hissədən mərkəzi damarları irəli çıxmışdır. Yalançı gövdəsi ensiz yarpaq qınlarını qucaqlamışdır. Yuxarı yarpaq qınları 1 m, yarpaq lövhəcikləri 18-20 sm uzunluqlu, aşağı yarpaqları isə qısa qınlıdır. Çiçəkli gövdəsi 30 sm-ə qədər hündürlüyündə, zirvədə çiçək altlığı olan sünbül çiçək qrupu, qoltuq tumurcuqlarında ziqomorf ikicinsli çiçəkləri vardır. Çiçək yatağı 2, kasacığı yaşıl və boruludur. Çiçək tacı qeyri-bərabər olmaqla, 3 ləçəklidir. Erkəkcikləri ikicərgəlidir. Erkəkciklərin xarici çərgədə yerləşənləri barsız, mərkəzdə yerləşənlər ləçəkvari nektarlı, iri məsaməli dekorativ rəngli, iki tərəfləri iti dişciklidir. Daxildə yerləşən yan erkəkciklər inkişafdan qalmış və nektarlığı azalmış, yalnız bir erkəkciyi normal tozluqdan ibarətdir. Mədəni becərilən sortların çiçəyinin rəngi müxtəlif olur. Bənövşəyi-qonurdan sarımtıl rəngə qədər, dodaqlı, açıq, demək olar ki, qaramtıl-bənövşəyidən, çilənmiş sarımtıl rəngə qədər dəyişir. Meyvələri 3 yuvalı qutucuqdan ibarətdir. Adətən vegetativ kökümsovlarla çoxalır.

Yabanı növünə rast gəlinməmişdir. Bu bitkinin vətəni qədim Hindistan sayılır. İndi bu bitki praktik olaraq mədəni şəkildə bütün tropik ölkələrdə becərilir.

Kökümsovları 6-10 aydan sonra substrata (yarpaqları saralmağa başlayanda və ölüşkəyərək qurumağa başladıqda) dırmaşaraq çıxır. Kökümsovun qazıb çıxartmaq və günəş altında qurutmaq lazımdır. Tədricən mantarı təmizlənmiş kökümsovu ağ rəngli və təmizlənməyən kökümsovu isə sarı rəngli olub, halqaşəkilli dişcikli yarpaqları vardır. Kökümsovunun özünəməxsus – budaqlanan, yan tərəfdən güclü yastılaşmış xarakteri vardır. Aromat iyli və yandırıcı dadlıdır.

Tərkibi və təsiri

Kökümsovunun tərkibində 1,5-3% efir yağı, başlıca hissəsi α və β sinqiberqendən (70%) ibarət seskviterpenlər olmaqla, özünəməxsus zəncəfil iyi vardır. Bundan başqa tərkibində linalool, heranilol, bizabolen, sineol, sitral, borneol və farnezin olur. Kökümsovun qatranlı hissəsi yandırıcı dadlı,  «gingerol» adlanır ki, bunun da tərkibində 5-8% gingerol maddələri – lipidlər (6-8%), aminturşular, vitaminlər (nikotin turşusu) və 50%-ə qədər nişasta vardır.

Tərkibindən alınan ekstrakt kompleks dərman maddələrindən - «Maraslavin», «Orijinal Bittner balzamı», «Doktor MOM»-dan ibarətdir.

İştahartırıcı olub, mədə-bağırsağı stimullaşdırıcıdır.

Kökümsovundan mədə-bağırsaq sistemini qüvvətləndirici, tərqovucu və spazmolotik vasitə kimi istifadə edilir. Bir çox ölkələrdə bişirmə, dəmləmə kimi mədə-bağırsaq sistemini qüvvətləndirici olaraq istifadə edilir. Dəmləməsindən mədə xəstəliklərində iştaha damcısı və tonuslandırıcı dərman kimi işlədilir. Kökümsovundan eyni adlı - "qara zəncəfil" ədviyyat maddəsi kimi qida sənayesində, konditer məhsullarında və sulu likvorların hazırlanmasında istifadə edilir. Kökümsovu Britaniya, Çin, Yaponiya, Efiopiya, Avstriya və İsveçrə farmakopeyasında ızünəməxsus yer tutur. Analoji olaraq aptek zəncəfili: Yaponiyada Zingiber mioga (Thunb.) Roscoe Asiyada (Hindistan, Malaziya) Zingiber zerumbet (L.) Sm. kökümsovundan təbabətdə istifadə edilir. Dərman bitkisi kimi xammalının tərkibində efir yağı və aromatik birləşmələr vardır.

Sinonimləri

Homotipik sinonimləri

  • Amomum angustifolium Salisb.
  • Amomum zingiber L.
  • Zingiber zingiber (L.) H.Karst.

Heterotipik sinonimləri

  • Amomum zinziba Hill
  • Zingiber aromaticum Noronha
  • Zingiber blancoi Hassk.
  • Zingiber cholmondeleyi (F.M.Bailey) K.Schum.
  • Zingiber missionis Wall. ex Baker
  • Zingiber officinale var. cholmondeleyi F.M.Bailey
  • Zingiber officinale var. macrorhizonum Makino
  • Zingiber officinale f. macrorhizonum (Makino) M.Hiroe
  • Zingiber officinale var. rubens Makino
  • Zingiber officinale f. rubens (Makino) M.Hiroe
  • Zingiber officinale var. rubrum Theilade
  • Zingiber officinale var. sichuanense (Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen) Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen
  • Zingiber sianginensis Tatum & A.K.Das
  • Zingiber sichuanense Z.Y.Zhu, S.L.Zhang & S.X.Chen

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aptek zəncəfili haqqında məlumat. Aptek zəncəfili nədir? Aptek zəncəfili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İllinoys Universiteti

  • Fevral 27, 2026

    MSK-64

  • Mart 01, 2026

    Diferensial həndəsə

  • Mart 01, 2026

    Aşağı Veysəlli

  • Mart 01, 2026

    .ve

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst