Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Apple Store — "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi

Apple Store

  • Ana Səhifə
  • Vikipediya
  • Apple Store

Apple Store — "Apple Inc."a məxsus və onun tərəfindən idarə olunan pərakəndə mağazalar şəbəkəsi. Mağazalarda müxtəlif "Apple" məhsulları, o cümlədən "Mac" fərdi kompüterləri, "iPhone" smartfonları, "iPad" planşet kompüterləri, "Apple Watch" ağıllı saatları, "Apple TV" rəqəmsal media pleyerləri, proqram təminatı, "Apple" markalı və seçilmiş üçüncü tərəf aksesuarlar satılır.

Apple Store
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi filial
Sənaye pərakəndə
Məhsulu
  • Mac
  • iPhone
  • iPad
  • Apple Watch
  • Apple TV
Təsis tarixi 19 may 2001
Struktur
Ana şirkət Apple Inc.
Rəhbərlik
Rəhbərlik Tim Kuk
apple.com/retail/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk "Apple" mağazaları 2001-ci ilin may ayında o vaxtkı baş icraçı direktor Stiv Cobs tərəfindən açılmışdır. İllərlə cəhd edilən mağaza daxilində mağaza konsepsiyası uğursuz olmuşdu və bu zaman iki mağaza açılmışdı. Şirkətin məhsullarının təkmilləşdirilmiş pərakəndə təqdimatına ehtiyac olduğunu görən Cobs 1997-ci ildə istehlakçılarla yaxşı əlaqələr əldə etmək məqsədilə pərakəndə satış proqramını yeniləmək üçün səy göstərməyə başlamışdı. O, 2000-ci ildə Ron Consonu işə götürmüşdü. Cobs 1997-ci ildə "Apple"ın onlayn mağazasını yenidən işə salmış və 2001-ci ildə ilk iki fiziki mağazanı açmışdır. Mətbuat əvvəlcə "Apple"ın iflasa uğrayacağı ilə bağlı fərziyyələr irəli sürmüşdü, lakin bu mağazalar çox uğurlu olmuş, yaxınlıqdakı rəqib mağazaların satış nömrələrini keçərək üç il ərzində illik satışı 1 milyard ABŞ dollarına çatmışdır. "Apple Store" bunu bacaran ən sürətli pərakəndə satıcı olmuşdur. "Apple" 15 iyun 2023-cü ildə Birləşmiş Krallıqda, Londonun Bettersi rayonunda ən son mağazasını açmışdır. Bu şəbəkə dünyanın 26 ölkə və regionunda 526 mağaza açmış, pərakəndə satış yerlərinin sayını və coğrafi əhatəsini illər ərzində genişləndirmişdir. Güclü məhsul satışları 2011-ci ildə dünya miqyasında 16 milyard dollardan çox satışla "Apple"ı ən yüksək səviyyəli pərakəndə satış mağazaları sırasına çıxarmışdır.

2016-cı ilin may ayında "Apple"ın o zamankı pərakəndə satış üzrə baş vitse-prezidenti Ancela Arendts San-Fransiskonun Yunyon meydanında yenidən işlənmiş "Apple Store"u təqdim etmişdir. Burada giriş üçün böyük şüşə qapıları, açıq yerləri və rebrendinq edilmiş otaqları özündə əks etdirən dəyişikliklər baş tutmuşdur. İstehlakçılar məhsul almaqla yanaşı, yaradıcı sənətlər üzrə xüsusi biliyə malik "Creative Pros" adlanan şəxslərdən məsləhət və kömək ala bilərlər. Onlar həmçinin, ağaclarla əhatə olunmuş "Genius Grove"da məhsul dəstəyi ala, sessiyalarda, konfranslarda və icma tədbirlərində iştirak edə bilərlər. Arendts qeyd etmişdir ki, məqsəd "Apple" mağazalarını insanların təbii olaraq toplaşdıqları və vaxt keçirdikləri "şəhər meydanlarına" çevirməkdir. Yeni dizaynın dünya üzrə bütün "Apple Store"lara tətbiq edilməyi planlaşdırılmışdır. Bu prosesdə mağazaların müvəqqəti olaraq yerdəyişməsi və ya bağlanması müşahidə olunur.

Bir çox "Apple" mağazaları alış-veriş mərkəzlərinin içərisində yerləşir, lakin "Apple" yüksək profilli yerlərdə bir neçə müstəqil flaqman mağaza tikmişdir. Mağazalarının dizaynı və tikintisinə, xüsusən də şüşə pilləkənlərdən və kublardan istifadəsinə görə dizayn patentləri verilmiş və memarlıq mükafatları almışdır. "Apple" mağazalarının uğuru digər istehlakçı elektronikası pərakəndə satıcılarına əhəmiyyətli dərəcədə təsir etmişdir. Onlar "Apple" mağazalarında yüksək keyfiyyətli xidmət və məhsulların qəbul edilməsi səbəbindən müştəriləri, bazara nəzarəti və ümumi mənfəətini itirmişdilər. "Apple"ın istehlakçılar arasında diqqətəlayiq brend loyallığı yeni "Apple Store" açılışlarında və ya məhsul buraxılışlarında yüzlərlə insanın uzun növbələrinin yaranmasına səbəb olur. Brendin populyarlığına görə "Apple" çoxlu iş müraciətləri alır və onların əksəriyyəti gənc işçilərdir. "Apple Store" əməkdaşları orta hesabla yuxarı maaş alır, təhsil və səhiyyə üçün onlara pul təklif olunur və məhsul endirimləri əldə edirlər. Buna baxmayaraq, burada karyera yüksəlişi üçün imkanlar məhduddur və ya bu istiqamətdə heç bir yol yoxdur. 2016-cı ilin may ayında anonim bir pərakəndə işçi ilə hazırlanmış hesabatda "Apple Store" şəbəkəsinin mağazalarında müştərilərin təqibi, güclü daxili tənqid və böyük iş müqavilələrinin bağlanması üçün əhəmiyyətli bonusların olmaması ilə düşmən iş mühiti vurğulanır.

Həmçinin bax

  • ComputerWare
  • Google Store
  • Microsoft Store
  • Samsung Experience Store

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, apple store sözünün mənası, apple store haqqında məlumat. apple store nədir? apple store nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Koordinatlar

  • Mart 06, 2026

    Qravitasiya qüvvəsi

  • Mart 06, 2026

    Mikoniya

  • Mart 01, 2026

    Bartolomeo Şedoni

  • Fevral 27, 2026

    Tzin sülaləsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst