Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antiroman (fr. Antiroman) — əsasən XX əsrin ortalarında Fransa yazıçıları arasında modernizmin bəzi nəsrini xarakterizə edən və "yeni roman" termini ilə yanaşı

Antiroman

  • Ana Səhifə
  • Vikipediya
  • Antiroman

Antiroman (fr. Antiroman) — əsasən XX əsrin ortalarında Fransa yazıçıları arasında modernizmin bəzi nəsrini xarakterizə edən və "yeni roman" termini ilə yanaşı işlənən şərti anlayış.

Mündəricat

Tarixi

İlk dəfə “"antiroman" termini 1633-cü ildə Fransa yazıçısı Şarl Sorel tərəfindən "Dəli çoban" parodiya əsərinin alt başlığı kimi istifadə edilmişdir.

1948-ci ildə "anti-roman" termini Jan Pol Sartr tərəfindən ədəbi tənqidin praktik lüğətinə qaytarılmışdır. O, Natali Sarrotun "Naməlum adamın portreti" kitabının ön sözündə əsəri belə təsvir etmişdir.

Əslində XX əsrin ortalarında fransız əsərlərindən xeyli əvvəl yaradılmış bir sıra əsərlərdə antiroman əlamətləri var. Məsələn, İngiltərə yazıçısı Lourens Sternin "Tristram Şendi" (1759) əsərinin mətni müntəzəm olaraq çoxsaylı lirik ekskursiyalar, oxucu ilə söhbətlər, kənar hekayələr, qəhrəmanın qohumlarının həyatından bəhs edən hekayələr ilə kəsildiyi yerdə onu ironik və dramatik səhnələrin qəribə qarışığına çevirir.

Xüsusiyyətləri

Antiroman terminin mənasını əsaslandıran romanın klassik elementlərinin, məsələn, müfəssəl, ardıcıl süjetin, bütöv daxili aləmi və xarakteri olan personajların rədd edilməsi ilə səciyyələnir. Antiroman yadlaşdırma və konformizmin yaratdığı ümumən əhəmiyyətli, lakin simasız həyat vəziyyətlərini həvəslə təhlil edir. Təqdimatda vaxt ardıcıllığının pozulması, dil, qrammatika və durğu işarələri ilə təcrübələr, alternativ sonluq və başlanğıcların olması, hətta boş və ya çıxarıla bilən səhifələr, kənar rəsmlər kimi poliqrafik məşqlər də ola bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, antiroman sözünün mənası, antiroman haqqında məlumat. antiroman nədir? antiroman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Melatonin

  • Mart 01, 2026

    Şərqi Ərəbistan

  • Fevral 27, 2026

    Papiros

  • Mart 06, 2026

    Şeyx Qalib

  • Fevral 27, 2026

    Sandra Kretu

Trend Mahnılar
  • Mart 07, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 07, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 07, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst