Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aniva körfəzi — Oxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına ge

Aniva körfəzi

  • Ana Səhifə
  • Vikipediya
  • Aniva körfəzi

Aniva körfəzi — Oxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına geniş şəkildə açılır. İnzibati baxımdan Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Körfəz salinində Aniva və Korkasov şəhərləri yerləşir.

Aniva körfəzi
rus. Анива
Ümumi məlumatlar
Tip Körfəz
Sahil uzunluğu 90 km
Dərin yeri 93 m
Yerləşməsi
46°19′00″ şm. e. 142°50′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
  • Oxot dənizi
Aniva körfəzi xəritədə
Aniva körfəzi
Aniva körfəzi
Aniva körfəzi xəritədə
Aniva körfəzi
Aniva körfəzi

Mündəricat

Tarixi

1918-ci ildən Rusiyada xarici qüvvələrin təsiri güçlənir. Bu zamandan etibarən Körfəz Korkasov adını alır.

Toponim

Böyük ehtimal ki, körfəzin adı aynu dili ilə əlaqədardır. Aynu dilində olan «an» və «iva» sözlərinbin birləşməsindən ibarətdir. Birinci söz təcümədə «mövcud olan», ikinci söz isə «dağ silsiləsi, qaya, zirvə» mənasını verir. Ümumi məna isə mövcud dağ, silsilə arasında yerləşən anlamınındadır

Coğrafiyası

Körfəzin uzunluğu 104 km, eni 90 km, ən dərin yeri isə 93 metrdir. Körfəzin bir hissəsi Qızıl balıq buxtası adı ilə tanınır. İsti Soya cərəyanı körfəzin temperatur rejiminə və daxili axınlara təsir edir. Bu isə dəyişkən xarakter daşıyır. Bu isə onun suyunun bir qədər qızmasına səbəb olur. Körfəzin sahilində yerləşən ən böyük yaşayış məntəqəsi Korsakov şəhəridir. Şəhər körfəzin şimalında yerləşir. Sahilində yerləşən yaşayış məntəqələri:Pesçanoye, Rıbaçskoe, Taranay, Ulyanovskoe, Priçal, Kirillovo, Malinovka, Davıdovo, Birinci Pad, İkinci Pad, Üçüncü Pad, Korsakov, Çayka, Ozyorskoe, Novikovo, Murovyovo. Sahilində yerləşən burunlar: Slyuda, Novik, Skalnıy, Qrin, Yunonlar, Tomari-Aniva, Konabeevka, Anastasiya, Krilon. Körfəz ərazisinə daxil olan buxta, laqun və körfəzlər:Bezimyannaya, Morj, Neçayevka, Busse (laqun), Losos. Ətraf əraziləri demək olar ki, bütünlüklə meşə ilə örtülüdür. Mur bərzəxi ilə Tunayça gölündən ayrılır. Sahilə yaxın kiçik zirvələr yerləşir: Daçnaya, Kruzenştern, Aniva, Korneliya, Sovetsakaya, Pikovaya, Utes, Zapovednaya, Baçinskaya, Ojidoniya, Mak, Slonimskaya, Ploskaya, Konabeevka, Stojevaya, Buxta, Vodnaya, Dalnaya, Koneçnaya. Körfəzin cənub sərhəddi Krilon burnu ilə Aniva burnu arasındandan keçir.

Fauna

Körfəz suları balıq (Qızılbalıq, Siyənək, Atlantik treskası, dəniz kambalası) və yengəclərlə zəngindir. burada molyusklardan Swiftopecten swifti, Patinopecten yessoensis, Crenomytilus grayanus, Musculista senhousia, Laternula limicola, Callista brevisiphonata, Venerupis philippinarum, Protothaca euglypta, Callithaca adamsi, Peronidia venulosa, Macoma orientalis. İsti Soya cərəyanı hesabına körfəzə daha cənub dəniz canlıları daxil ola bilir: Boz balinalar, Sarıquyruq və Böyük korifen.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aniva körfəzi haqqında məlumat. Aniva körfəzi nədir? Aniva körfəzi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vilyam Lassel

  • Fevral 27, 2026

    Nəcməddin Əhmədov

  • Fevral 27, 2026

    Dərbənd istehkamları

  • Fevral 27, 2026

    Orli qrupu

  • Fevral 26, 2026

    Barıt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst