Andrey Nikolayeviç Şevçenko (ukr. Андрі́й Микола́йович Шевче́нко; 29 sentyabr 1976) — Ukraynalı keçmiş futbolçu və məşqçi. Hal hazrıda Ukrayna Milli Olimpiya Komitəsiin vitse-prezidentidir.
| Andrey Şevçenko | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ukr. Андрій Шевченко | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Andrey Nikolayeviç Şevçenko | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ləqəbi | Şeva, Çar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 29 sentyabr 1976 (49 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 183 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 72 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | karyerasını bitirib | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ukrayna milli futbol komandasının heyətində vurduğu 48 qol ilə, milli komandanın tarixində ən yaxşı bombardirdir.
Futbolçu karyerası ərzində "Dinamo Kiyev" , "Milan" və "Çelsi" klublarının şərəfini qoruyub.
Şevçenkonun karyerasında bir çox mükafatlar olub, onlardan ən nüfuzlusu 2004-cü ildə qazandığı "Qızıl top" mükafatıdır.
2003-cü ildə "Milan"la UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin Ukrayna, İtaliya və İngiltərədə müxtəlif liqa və kubokların qalibi olub. O, həmçinin 2005 və 2008-ci illərdə Çempionlar Liqasının ikincisi olub. 2004-cü ildə FİFA-nın 100 illik yubiley tədbiri çərçivəsində yaşayan ən yaxşı 100 futbolçudan biri seçilib.
Həyatı
Andrey Şevçenko 1994–1999-cu illərdə Kiyevin "Dinamo" komandasında oynayıb. Şevçenko futbola 1986-cı ildə məhz "Dinamo"da başlayıb. 1994-cü ilə qədər Kiyev klubunun aşağı yaş qrupları üzrə komandalarının şərəfini qoruyan futbolçu həmin ildən 1999-cu ilə qədər əsas komandada çıxış edərək, 117 oyunda 60 qola imza atıb. Bundan sonra futbolçu karyerasını İtaliyanın "Milan" klubunda davam etdirib. 2006-cı ilə qədər İtaliyada 208 oyun keçirib və 127 dəfə rəqib qapıçıları transfer edib. Andrey Şevçenko Avropanın ən yaxşı futbolçusu seçilib və "Qızıl top" mükafatına layiq görülüb. 2006-cı ildə "Milan"ı tərk edib və 2009-cu ilə qədər "Çelsi"nin şərəfini qoruyub, amma bu müddət ərzində fasilələrlə icarə əsasında yenidən "Milan"da oynadığı dövrlər də olub. 2006/09-cu illərdə "Çelsi"də çıxış etdikdən sonra (48 oyun, 9 qol) yenidən "Milan"a qayıdıb. Bu dəfə London klubu onu italyanlara icarəyə verib. 2008/09 mövsümündə Milan klubunun 18 oyunda formasını geyinib. 2009-cu ilin avqustunda 10 illik fasilədən sonra yenidən Kiyevin "Dinamo" komandasına qayıdıb.
Titulları
Şevçenko karyerası ərzində 5 dəfə Ukrayna (1995, 1996, 1997, 1998, 1999), 1 dəfə İtaliya (2004) çempionu olub, 2 dəfə Ukrayna (1996, 1998), 1 dəfə İtaliya (2003) və İngiltərə (2007) kubokunu, 1 dəfə İtaliya Superkubokunu (2004), 1 dəfə İngiltərə Liqa kubokunu (2007), 1 dəfə isə İngiltərə Superkubokunu (2009) başı üzərinə qaldırıb. 2003-cü ildə Çempionlar Liqasını qazanıb və Avropa Superkubokunun qalibi olub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Andrey Şevçenko haqqında məlumat. Andrey Şevçenko nədir? Andrey Şevçenko nə deməkdir?
