Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anabaptist (yun. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, Avstriya və Niderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ə

Anabaptistlər

  • Ana Səhifə
  • Vikipediya
  • Anabaptistlər

Anabaptist (yun. Αναβαπτιστές) — XVI əsrdə İsveçrə, Almaniya, Avstriya və Niderlandda yayılmış radikal protestant hərəkat. Hərəkatı digərlərindən fərqləndirən ən önəmli xüsusiyyəti icmanın yaşlı üzvlərinin ikinci dəfə xaç suyuna çəkilməsi idi. İcma üzvləri körpə uşaqların xaç suyuna çəkilməsini qəbul etmədikləri üçün yaşlı insanların bu mərasimi yerinə yetirmələri təkrar hesab olunmurdu.

Avropada orta əsrlərdə Anabaptist cərəyanın yarandığı ərazilər.

Anabaptistlər özlərini qardaşlar və bacılar adlandırırdılar. Anabaptist dini cərəyanın yaranması və formalaşması din xadimi Qrebelin adı ilə bağlıdır. Qrebel Sürix radikal protestantlarının başçısı idi. O, körpələrin xaç suyuna çəkilməsinə etiraz edir və bunun Bibliyaya zidd olduğunu bildirdi. 1527-ci ildə təlimin əsasları işlənib hazırlandı. Ona əsasən yaşlılar açıq tövbə etdikdən sonra xaç suyundan keçməli, günah işlətmiş və tövbə etməmiş icma üzvləri icmadan qovulmalı idi. İcma üzvləri dövlət işindən, orduda quluqdan, silah gəzdirməkdən imtina etməli idilər. Təlimin ehkamlarını katolik və protestant kilsələri tərəfindən rədd edilmişdir. Surix Anabaptistlərinə qarşı katolik kilsəsi tərəfindən bir neçə dəfə dini hərəkatlar təşkil edilmişdir.

Anabaptistlərin əsasən sülhpərəstliyə xüsusi diqqət yetirməyinə baxmayaraq bəzi anabaptist qruplaşmalar katolik və digər protestantların təqiblərinə qarşı silahlanmış və açıq döyüşlərdə iştirak etmişdir. Bu üsyanların ən məşhuru 1534 Münster üsyanıdır. Üsyanın nəticəsində şəhər anabaptistlərin əlinə keçir və tarixdəki yeganə anabaptist dövləti qurulur. Yalnız 1 il mövcud olan Münster anabaptist dominionluğunun varlığına katolik Habsburqlar tərəfindən son qoyulur.

Katoliklik və Lüteranlıq məzhəblərindən fərqli olaraq anabaptistlər və anabaptizm heç bir dövlət tərəfindən rəsmi dövlət dini elan edilməmişdir. Bunun səbəbi onların kilsənin tam azad olmağını tələb etməsi və kilsə və dünyəvi dövlət arasındakı əlaqələrin dayandırılmağını tələb etmələridir.

Müasir dövrdə anabaptist cərəyanının üzvləri 2 cərəyana bölünmüşdür: Hollandiyalı keçmiş katolik rahibi anabaptist Menno Simmonsun başlatdığı Mennonitlər və "İsveçrə Qardaşları" anabaptist cərəyanından törəyən Amişlər. Münsterli anabaptistlərdən fərqli olaraq bu cərəyanlar şiddət və mühabirələrdən çəkinməyi vacib görür və pasifizmi təbliğ edirlər.Anabaptistlərin əksəriyyəti bu gün Almaniyada,İsveçrədə,Niderlandiyada və Şimali Amerikada yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anabaptistlər haqqında məlumat. Anabaptistlər nədir? Anabaptistlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mirto dənizi

  • Fevral 27, 2026

    .ai

  • Fevral 27, 2026

    Hovannes Tumanyan

  • Fevral 24, 2026

    Paraqvay

  • Fevral 27, 2026

    Zaqafqaziya Seymi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst