Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Amid Rəbbil oğlu Heydərov (20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vət

Amid Heydərov

  • Ana Səhifə
  • Vikipediya
  • Amid Heydərov

Amid Rəbbil oğlu Heydərov (20 may 1988, Lerik – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Amid Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 20 may 1988(1988-05-20)
Doğum yeri
  • Lerik, Lerik rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 oktyabr 2020(2020-10-03) (32 yaşında)
Vəfat yeri
  • Cəbrayıl rayonu, Azərbaycan
Dəfn yeri
  • Lerik
Vətəndaşlığı
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2008–2020
Rütbəsi Mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
Təltifləri Vətən Müharibəsi Qəhrəmanı
"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Mündəricat

Həyatı

Amid Heydərov 1988-ci il mayın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı.

Hərbi xidməti

Azərbaycan Ordusunun mayoru olan Amid Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Amid Heydərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

İrsi və xatirəsi

  • 2021-ci ildə Lerik şəhərində Vətən Müharibəsi Qəhrəmanı mayor Amid Heydərovun xatirəsinə yaradılmış parkın, şərəfinə ucaldılmış büstün və bulaq kompleksinin açılış mərasimi keçirilib.
  • 2021-ci ildə Lerik şəhəri 2 saylı Körpələr Evi-uşaq bağçasına Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun adı verilmişdir.

Təltifləri

  • (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • (26 iyun 2018) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
  • (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)
  • (15 dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
  • (5 noyabr 2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amid Heydərov haqqında məlumat. Amid Heydərov nədir? Amid Heydərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tətbiqi proqramlar

  • Fevral 27, 2026

    Şollar suyu

  • Fevral 27, 2026

    Akvinalı Foma

  • Fevral 27, 2026

    Gorançay

  • Fevral 27, 2026

    Aralıq nahiyəsi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst