Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur. Burunun sahilində güclü qabarma və çəkilmə hadisəsi müşahidə olunur. Çəkilmənin sürəti 7–10 km/s, qabarmanın sürəti isə 0,7–1 km/s olur. Qabarma və çəkilmə elə tez baş verir ki, su burulğanları əmələ gətirir. Bu isə kiçik gəmilər üşün təhlükə törədir.
| Amerikanskaya Koşka | |
|---|---|
| Yerləşməsi | |
| 64°53′05″ şm. e. 176°14′31″ ş. u.HGYO | |
| Akvatoriya | Berinq dənizi |
| Ölkə | |
![]() Amerikanskaya Koşka | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, amerikanskaya koşka sözünün mənası, amerikanskaya koşka haqqında məlumat. amerikanskaya koşka nədir? amerikanskaya koşka nə deməkdir?
