Amber qalası və ya Amber qəsri — Hindistanda yerləşən Racastan ştatının Amber qəsəbəsində yerləşən bir qaladır. Amber Racastan əyalətinin paytaxtı olan Caypurdan 11 kilometr (6.8 mil) aralıda yerləşən və 4 km² (1.5 mi²) ərazisi olan bir qəsəbədir. Amber şəhəri və Amber qalası eramızın 967-ci ilində raca Alan Sinq Mena tərəfindən tikilmiş və daha sonra isə kaçavaha racputları tərəfindən idarə olunmuşdur. Bir təpənin üstündə yerləşən bu tikili Caypurun əsas turistik cazibə mərkəzi hesab olunur. Amber qalası bədii üslub elementləri ilə məşhurdur. Geniş divarları, qapıları və daş yolları ilə qala Amber sarayının əsas su mənbəyi hesab olunan Maota gölünə baxır.
| UNESCO-nun Ümumdünya irsi obyekti | |
|---|---|
| Amber qalası | |
| |
| Ölkə | |
| Keçid | 247 |
| Daxil edilməsi | (qeyri-məlum sessiya) |
![]() Amber qalası | |
2013-cü ildə Kambocanın Pnompen şəhərində təşkil edilmiş Ümumdünya İrsi Komitəsinin 37-ci illik sessiyası zamanı Racastanda yerləşən digər dörd qala ilə bərabər Racastan təpə qalaları adlı bir kimi YUNESKO-nun Dünya İrsi elan edilmişdir.
Əlavə ədəbiyyat siyahısı
- Crump, Vivien; Toh, Irene. Rajasthan (hardback). New York: Everyman Guides. 1996. səh. 400. ISBN 1-85715-887-3.
- Michell, George; Martinelli, Antonio. The Palaces of Rajasthan. London: Frances Lincoln. 2005. səh. 271 pages. ISBN 978-0-7112-2505-3.
- Tillotson, G.H.R. The Rajput Palaces – The Development of an Architectural Style (Hardback) (First). New Haven and London: Yale University Press. 1987. səh. 224 pages. ISBN 0-300-03738-4.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Amber qalası haqqında məlumat. Amber qalası nədir? Amber qalası nə deməkdir?
