Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi.
| Alışan | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Alışan | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir. Azərbaycan florasında 1 növü - Qafqaz alışan növü geniş yayılmışdır. Nəsli kəsilməkdə olan bitki kimi qorunması və "Qırmızı Kitab"a düşməsi tövsiyə edilir.
Sinonimləri
Heterotipik sinonimləri
- Fraxinella Mill.
Növləri
- Ağ alışan (Dictamnus albus L.)
- Tükcüklümeyvə alışan (Dictamnus dasycarpus Turcz.)
- Dictamnus hispanicus Webb ex Willk.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alışan sözünün mənası, alışan haqqında məlumat. alışan nədir? alışan nə deməkdir?
