Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaf

Alunit

  • Ana Səhifə
  • Vikipediya
  • Alunit

Alunit — Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Alunit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
KAl3(SO4)2(OH)6
Strunz təsnifatı VI/B.03a
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya triqonal sinqoniya[d]
Zolaq rəngi ağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Xassələri

Rəng – sarımtıl, qırmızımtıl çalarlı ağ, boz, qəhvəyi, qonur, yaşılımtıl; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – yarımşəffaf, şəffaf; Sıxlıq – 2,7-2,8; Sərtlik – 3,5-4,0; Kövrəkdir; Ayrılma – {0001} üzrə mükəmməl; Sınıqlar – qabıqlı, tikanlı ; Başqa xassələr: kəskin ifadə olunmuş piroelektrik xassələri; Morfologiya – kristallar: nadir rast gələn kiçik ölçülü psevdokubik, lövhəvari, romboedrik; Mineral aqreqatları: sıx xırda dənəli, ovuntulu giləoxşar torpaqvari kütlələr, badamvari əmələgəlmələr.

Mənşəyi və yayılması

Turş və orta tərkibli vulkanitlərin sulfat turşusunun təsiri ilə metasomatik dəyişilməsi prosesində əmələ gəlir. Solfatarların təsirinə məruz qalmış süxurlarda daha intensiv təzahür edir. Mineralın iri kütlələri törəmə kvarsitlər içərisində yerləşir. Hidrotermal — metasomatik dəyişilmiş damaryanı süxurlarda da rast gəlir. Sulfid yataqlarının oksidləşmə zonasında və H2SO4 ilə zəngin olan aşınma qabıqlarında da müşahidə olunur. Alunitin çökmə süxurlarda — gillərdə, əhəngdaşlarında və s. əmələ gəlməsi onlarda olan piritin oksidləşməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: kvars, kaolinit, halluazit, hidrargillit, gips və s.

Əsas yataqları:

  • Fanşan — Çin
  • Buladela və Leyk-Kempion — Avstraliya
  • La-Talfa və Solfatara — İtaliya
  • Bereqovo — Ukrayna
  • Bereqşaş — Macarıstan
  • Almeyra — İspaniya
  • Sulfur və Qoldfild — ABŞ

Azərbaycanda dünyanın ən iri alunit yataqlarından biri olan Zəylik yatağı Daşkəsən rayonunda yerləşir. Ölkədə alunitin bir sıra başqa yataq və təzahürləri (Qırvakar, Alunitdağ, Qotul, Seyfəli, Çovdar, Duqlun-Vənənd, Vəlidağ, Daşsalahlı, Şamaxı-Mərəzə və s.) də məlumdur.

Tətbiqi

Sənayenin müxtəlif sahələrində geniş istifadə edilən alüminium oksidləri, zəy, kalium duzları, sulfat turşusunun və s. alınması üçün kompleks xammaldır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alunit haqqında məlumat. Alunit nədir? Alunit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səlahəddin mühafəzəsi

  • Fevral 27, 2026

    I Duarte

  • Fevral 27, 2026

    Sikstin kapellası

  • Fevral 27, 2026

    Phaseolus

  • Fevral 27, 2026

    Müseylimə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst