Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adl

Alpout (Ucar)

  • Ana Səhifə
  • Vikipediya
  • Alpout (Ucar)

Alpout — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.

Alpout
40°26′25″ şm. e. 47°36′02″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ucar rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 3405 (2009) nəfər
Xəritəni göstər/gizlə
Alpout xəritədə
Alpout
Alpout

Mündəricat

Tarixi

Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.

Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Laçın, Goranboy və Bərdə rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır. "Koroğlu" dastanında (Dəli Həsən) igidlərin hamısı dəli adlanandırılır (Koroğlunun dəliləri deyilir). Sonralar bu sözdə də arxaikləşmiş və dilimizdə igid sözü işlənmişdir.

Alpout sözündəki ikinci komponent "oud" isə bout, boyat, boud, oud, bayat-el mənasında işlənir. Yəni igid boyat eli, igid oğuz eli (oud-oğuz) mənasında işlənir.

Etimologiyası

Alpout or., sadə. 1. Bərdə r-nunun eyni-adlı i.ə.v.-də kənd. Yuxarı Qarabağ kanalından bir qədər aralı, Qarabağ düzündədir; 2. Goranboy r-nunun Fəxralı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. 1953-cü ildə keçmiş

Samux r-nunun Alpout kəndinin buraya köçürülməsi ilə yaranmış yaşayış məntəqəsi keçmiş kəndin adını saxlamışdır; 3.Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şilyan çayının sol sahilində, Şirvan düzündədir; 4. Qazax rayonunun eyniadlı i.ə.v.-də kənd. Coqas çayının sol sahilində, dağ ətəyindədir; 5. Laçın r-nunun Qoşasu i.ə.v.-də kənd. Hocazsu çayının sol sahilində, Qabaqtəpə dağının ətəyindədir; 6. Ucar r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. 1914, 1917-ci illərə aid mənbələrdə Azərb.-nın Quba, Ağdam, Şamaxı (2), Samux rayonlarında da Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki,VIII əsrdən mənbələrdə adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Bu da Alpout adının yayılma arealına öz təsirini göstərmişdir.

Əhalisi

Alpout kənd əhalisinin sayı 3405 nəfərdir (2009-cu ilin statistikası).

Mədəniyyəti

Kənddə 2 orta məktəb,1 uşaq bağçası,1 mədəniyyət evi,2 kitabxana ,1 həkim ambulatoriyası vardır.

Coğrafiyası və iqlimi

Alpout kəndi rayon mərkəzindən qərb hissədə yerləşir. Sahəsi 7388 hektardır. Torpaqları əsasən şoran torpaqlardır.

İqtisadiyyatı

Kənddə pambıqçılıq, taxılçılıq, tərəvəzçilik, yemçilik və heyvandarlıq inkişaf etmişdir.

Din

Kənddə Hz. Əbəlfəzl adına "Cümə" məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

  • Alpavut oymağı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alpout (Ucar) haqqında məlumat. Alpout (Ucar) nədir? Alpout (Ucar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan dilləri

  • Fevral 27, 2026

    Sosialist iqtisadiyyat

  • Fevral 25, 2026

    Hominini

  • Fevral 27, 2026

    Virtual cəmiyyət

  • Fevral 23, 2026

    Manqan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst