Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi.
| Alp Təkin | |
|---|---|
| الپتگین | |
| |
Qəznə hakimi | |
| 962 – 963 | |
| Əvvəlki | Lavik sülaləsi |
| Sonrakı | Əbu İshaq İbrahim |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 901 |
| Doğum yeri | Bəlx |
| Vəfat tarixi | 13 sentyabr 963 (61–62 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | qubernator, hərbi komandan[d] |
| Uşağı | Əbu İshaq İbrahim |
| Ailəsi | Qəznəvilər sülaləsi |
Həyatı
Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi.
Ailəsi
Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi.
Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alp Təkin haqqında məlumat. Alp Təkin nədir? Alp Təkin nə deməkdir?
