Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstl

Almanların kralı

  • Ana Səhifə
  • Vikipediya
  • Almanların kralı

Romalıların kralı (lat. Rex Romanorum; alm. König der Römer‎) — Müqəddəs Roma İmperiyasında II Henrixin (1002–1024, 1014-cü ildən imperator) dövründən kürfürstlər tərəfindən seçildikdən sonra alman zadəganlar tərəfindən istifadə edilən titul idi. Bu titul əsasən Müqəddəs Roma İmperiyasının imperatoru titulu ilə eynilik təşkil edirdi və uzun müddət papanın tacqoyma mərasimindən asılı idi.

Frankfurtda kafedralında II İosifin Romalıların Kralı olaraq tacqoyma mərasimi, 3 aprel 1764

Titul əvvəlcə imperiya reqaliyasını və papanın əli ilə imperator titulunu almamış hər hansı seçilmiş alman kralını bildirir. Daha sonra bu titul imperatorluğun varisi üçün — hakimiyyətdə olan imperatorun sağlığında və ya imperatorun ölümündən sonra — istifadə olunmağa başladı. 1508-ci ildə imperatorların papa tərəfindən taclandırılması tələbinin ləğvi ilə bu titul funksional olaraq köhnəldi, lakin 1806-cı ildə imperiyanın sonuna qədər imperatorun rəsmi titullarının bir hissəsi kimi istifadə olunmağa davam etdi.

Rəsmi titul zamanla fərqli olub. Otto və davamçılarının dövründə Frankların Kralı (alm. König der Franken‎, lat. Rex Francorum), daha sonra Roma Kralı (alm. Römischer König‎) və ya Romalıların Kralı oldu. Müasir dövrdə "Almaniyada kral" (alm. König in Germanien‎,lat. Germaniae Rex) titulu istifadə edilməyə başlandı. Müasir Alman tarixşünaslığı onu həm klassik Roma imperatorundan, həm də müasir Alman imperatorundan fərqləndirmək üçün Roma-Alman Kralı (alm. Römisch-deutscher König‎) terminini yaratdı. "Almaniya Kralı" titulu bəzən ingilisdilli mətnlərdə və alman mənbələrində nadir hallarda görünür, lakin heç vaxt de-yure Almaniya Krallığı olmamışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, almanların kralı sözünün mənası, almanların kralı haqqında məlumat. almanların kralı nədir? almanların kralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Matris: Dirilmə

  • Fevral 27, 2026

    Krisia Todorova

  • Fevral 27, 2026

    İqlim anomaliyası

  • Fevral 27, 2026

    İsa Çələbi

  • Fevral 27, 2026

    Taras Şevçenko

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst