Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Almabulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etd

Almabulağı döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Almabulağı döyüşü

Almabulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi.

Almabulağı döyüşü
Səfəvi-Ağqoyunlu münasibətləri
Tarix 21 iyun 1503
Yeri Almabulağı, Həmədan
Səbəbi Ağqoyunlu-Səfəvi münasibətləri
Nəticəsi Səfəvilər dövləti qalib gəldi
Münaqişə tərəfləri

Səfəvilər dövləti

Ağqoyunlu dövləti

Komandan(lar)

I İsmayıl
Əmir Bayram xan Qaramanlı
Lələ Hüseyn bəy
Dədə bəy Talış
Məhəmməd bəy Ustaclı
Bayram bəy Qaramanlı
Sarı Əli

Sultan Murad
Əli bəy Türkman
Murad bəy
İslamış bəy  †
Gözəl Əhməd Bayandur  †

Tərəflərin qüvvəsi

12.000

70.000

    Mündəricat

    Döyüş ərəfəsi

    1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı.

    Döyüşün gedişatı

    Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular. Qarşı tərəfdə Sultan Murad Əli bəy Türkmanı sağ, Murad bəyi isə sol cinaha təyin etdi. Qum hakimi İslamış bəy düşmənin irəlidə gedən dəstəsinə başçılıq edirdi. O, başlanan döyüşdə qızılbaş ön dəstəsinin hücumunu müvəffəqiyyətlə dəf edərək, onu mərkəzə doğru geri çəkilməyə məcbur etdi. Lakin bu vaxt Qara Piri bəy qacar ona hücum etdi. İslamış bəy ələ keçirildi, onun dəstəsi isə tamamilə məhv edildi. Şah İsmayıl döyüşə girərək, şəxsən çoxlu düşmən öldürdü. Ağqoyunlu qoşunu darmadağın olundu. Əli bəy Türkman 10 min nəfərlik dəstəsi ilə məhv edildi. Eybə Sultanın qardaşı Gözəl Əhməd Bayandur, həmçinin İslamış bəy və başqaları əsir düşdülər, qətlə yetirildilər. Sultan Murad isə Yəzdə qaçdı.

    Nəticə

    Almabulağı döyüşü nəticəsində Fars və İraqi-Əcəmin böyük bir hissəsi qızılbaşların əlinə keçdi və Ağqoyunlu dövlətinə son qoyuldu.

    Həmçinin bax

    • Səfəvilər dövləti
    • Səfəvilərlə əlaqədar hərbi əməliyyatların siyahısı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Almabulağı döyüşü haqqında məlumat. Almabulağı döyüşü nədir? Almabulağı döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Coğrafi enlik

    • Fevral 25, 2026

      Mehmetçik

    • Fevral 23, 2026

      Allahın Padşahlığı

    • Fevral 27, 2026

      Satirlər

    • Fevral 27, 2026

      Hippotigris

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst