Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alkin və ya Asetilen karbohidrogenləri — molekullarında karbon atomları arasında üçqat rabitə olan karbohidrogenlərə deyilir. Formulu:CnH2n-2.

Alkinlər

  • Ana Səhifə
  • Vikipediya
  • Alkinlər

Alkin və ya Asetilen karbohidrogenləri — molekullarında karbon atomları arasında üçqat rabitə olan karbohidrogenlərə deyilir. Formulu:CnH2n-2.

Etinin Üç Fərqli Şəkildə Göstərilməsi
Etinin Modeli
Etinin Modeli
Alkinlərin ən bəsiti olan Etin
Etinenin Çubuq Modeli
Etinenin Çubuq Modeli
Maviylə göstərilən Hidrogen atomlarıdır.
Etinenin digər modeli
Etinenin digər modeli
Maviylə göstərilən Hidrogen atomlarıdır.

Ümumi atom sayi:(3n-2)

Mündəricat

Beynəlxalq adlandırma

Alkinlərin ümumi formulu CnH2n-2 formuluna malik üçqat rabitəli karbohidrogenlərdir. İlk nümayəndəsi C2H2-etindir (trivial adı olan "asetilen" daha çox işlənir). Alkinlərdə üçqat rabitəli karbon atomları sp-hibrid halındadır. Butindən başlayaraq zəncir və vəziyyət izomerliyi rast gəlinir. Adlanma alkenlərdəki kimidir. Sadəcə olaraq, alkinlərdə:

  • Trivial adlanmada -ilen şəkilçisi ilə əvəz edilir.
  • Səmərəli adlandırmada hamısı asetilen törəməsi götürülür.
  • Alkenlərdəki beynəlxalq adlanmadakı faktorlarından ikiqat rabitə üçqat ilə əvəz olunur. Sonrakı faktorlar alkenlərdəki kimidir.
  • -en şəkilçisi -in ilə əvəz edilir və sonda üçqat rabitənin birləşdiyi karbon atomunun nömrəsi yazılır.
Alkanların YUPAK ilə Adlandrılması
Alkinin formuluYUPAK Adı
C2H2Etin
C3H4Propin
C4H6Butin
C5H8Pentin
C6H10Heksin
C7H12Heptin
C8H14Oktin
C9H16Nonin
C10H18Dekin
C11H20Undekin

Fiziki xassələri

Alkinlərdə üçqat rabitə əvvəldə yerləşərsə, İQ spektrdə CSP-H rabitəsinin valent titrəyişlərinin udma zolağı 3300 sm-1-olacaq. Qeyri simmetrik alkinlər üçün İQ spektrdə üçqat rabitənin valent titrəyişlərinin udma zolağı 2300–2100 sm-1-olacaq. Simmetriklər üçün bu, çətin təyin olunur. NMR də üçqat rabitənin protonlarının siqnalları 2,3–2,9 m.p. də görsənir. Alkinlərin ilk üç nümayəndəsi n.ş-də qaz, C5C15 nümayəndələri maye, qalanları bərkdir.

Alkinlərin alınması

Asetilen karbohidrogenlərini almaq üçün doymuş karbohidrogenlərini almaq üçün doymuş karbohidrogenlərin ikihalogenli törəmələrinə qələvilərin qatı spirt məhlulu ilə təsir etmək lazımdır. halogenləri bir karbon yanında olan birləşmələrdən asetilen karbohidrogenlərini almaq daha asandır. asetilen homoloqlarını almaq üçün bəzən asetilenin özündən istifadə edərək, onu alkinləşdirmək daha əlverişli olur. bu məqsədlə, texniki üsulla alınmış asetilenə RMgX, sonra RX ilə təsir edirlər.

  • CaO + 3 C → CaC 2 + CO {\displaystyle {\mbox{CaO}}+3{\mbox{C}}\rightarrow {\mbox{CaC}}_{2}+{\mbox{CO}}} {\displaystyle {\mbox{CaO}}+3{\mbox{C}}\rightarrow {\mbox{CaC}}_{2}+{\mbox{CO}}}
  • CaC 2 + 2 H 2 O → C 2 H 2 + Ca(OH) 2 {\displaystyle {\mbox{CaC}}_{2}+2{\mbox{H}}_{2}{\mbox{O}}\rightarrow {\mbox{C}}_{2}{\mbox{H}}_{2}+{\mbox{Ca(OH)}}_{2}} {\displaystyle {\mbox{CaC}}_{2}+2{\mbox{H}}_{2}{\mbox{O}}\rightarrow {\mbox{C}}_{2}{\mbox{H}}_{2}+{\mbox{Ca(OH)}}_{2}}

Alkinlərin yanması

  • C n H ( 2 n − 2 ) + ( 3 n − 1 ) / 2 O 2 → n C O 2 + ( n − 1 ) H 2 O {\displaystyle {\mbox{C}}_{n}{\mbox{H}}_{(}2n-2)+(3n-1)/2{\mbox{O}}_{2}\rightarrow n{\mbox{C}}{\mbox{O}}_{2}+(n-1){\mbox{H}}_{2}{\mbox{O}}} {\displaystyle {\mbox{C}}_{n}{\mbox{H}}_{(}2n-2)+(3n-1)/2{\mbox{O}}_{2}\rightarrow n{\mbox{C}}{\mbox{O}}_{2}+(n-1){\mbox{H}}_{2}{\mbox{O}}}

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alkinlər haqqında məlumat. Alkinlər nədir? Alkinlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vladimir Bexterev

  • Fevral 27, 2026

    Çex

  • Fevral 26, 2026

    II Konstant

  • Fevral 27, 2026

    Pavel Nedved

  • Fevral 27, 2026

    Böyük Qarakilsə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst