Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alfred Pfaff (16 iyul 1926 – 27 dekabr 2008) – yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş alman futbolçusu və 1954-cü ildə Qərbi Almaniya ilə Dünya Kubokunun q

Alfred Pfaff

  • Ana Səhifə
  • Vikipediya
  • Alfred Pfaff

Alfred Pfaff (16 iyul 1926 – 27 dekabr 2008) – yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş alman futbolçusu və 1954-cü ildə Qərbi Almaniya ilə Dünya Kubokunun qalibi.

Alfred Pfaff
Ümumi məlumatlar
Doğum tarixi 16 iyul 1926(1926-07-16)
Vəfat tarixi 27 dekabr 2008(2008-12-27) (82 yaşında)
Vətəndaşlığı
  •  Almaniya Federativ Respublikası
Boyu 175 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
1936– Ayntraxt Frankfurt
Klub karyerası
Virges
Hoxştadt
1947–1949 Rödelhaymer
1949–1961 Ayntraxt Frankfurt 301 (103)
Milli yığma
1953–1956 Qərbi Almaniya 7 (2)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Həyatı

Pfaff 1953-1956-cı illər arasında Qərbi Almaniya millisinin heyətində yeddi dəfə meydana çıxmış və iki qol vurmuşdur.

Karyerasının ən böyük uğuru 1954-cü ildə İsveçrədə keçirilən Dünya Kubokunu qazanmasıdır. Pfaff ilkin mərhələdə 3-8 qələbə hesabı ilə bitən Macarıstan millisi ilə qarşılaşmada meydana çıxmış və 26-cı dəqiqədə qol vurmuşdur.

Peşəkar karyerasınən böyük hissəsini "Ayntraxt Frankfurt"da keçirən Pfaff həmin klub ilə 1959-cu ildə alman çempionatını qazanmışdır, 1960-cı ildə isə Çempionlar Kubokunun finalına yüksəlsə də, son oyunda "Real Madrid"ə məğlub olmuşdur. Pfaff əla topa nəzarəti və dəqiq sərbəst vuruşları ilə seçilirdi. "Ayntraxt" klubunda sərgilədiyi uğurlu oyununa baxmayaraq, milli komandada daha çox Frits Valter oynayırdı, buna görə də o, Qərbi Almaniya formasıyla cəmi 7 dəfə meydana çıxmışdır. 1954-cü ildə "Atletiko Madrid" ona 180.000 alman markı dəyərində transfer təklifini etsə də futbolçunun həyat yoldaşı Edit İspaniyaya köçməyə qarşı idi. Ola bilsin ki, Pfaffın ən böyük oyunu “Reyncers”ə qarşı 6-1 hesabı ilə başa çatan Avropa Kubokunun 1959-1960-cı yarımfinalının ilk oyunu olmuşdur, Qlazqoda keçirilən cavab qarşılması isə “Ayntraxt Frankfurt”un 6-3 hesablı qələbəsi ilə başa çatmışdır. O, karyerasını 1962-ci ildə 36 yaşında bitirdi.

İdman karyerası ilə yanaşı, Pfaff otel sahibi idi və Frankfurtda Hauptvaxe yaxınlığında bir barı var idi. 1960-cı illərdən bəri o, Morretal şəhərində otel və bar sahibi kimi fəaliyyət göstərirdi.

Nailiyyətləri

Ayntraxt Frankfurt

  • Almaniya çempionu: 1958–59
  • Çempionlar Kuboku: finalçı 1959–60
  • Oberliqa Süd: 1952–53, 1958–59; finalçı olduğu illər - 1953–54, 1960–61

Qərbi Almaniya

  • FIFA Dünya Kuboku: 1954

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alfred Pfaff haqqında məlumat. Alfred Pfaff nədir? Alfred Pfaff nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dina Qorina

  • Fevral 22, 2026

    14 yanvar

  • Mart 01, 2026

    Çatmadağ

  • Fevral 23, 2026

    Bustrofedon

  • Mart 01, 2026

    Biblida

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst