Alfa parçalanma — atom nüvələrinin α-zərrəciklərinin buraxılması ilə müşayiət olunan parçalanması. Bu zaman kütlə ədədi 4, atom nömrəsi isə 2-yə enir. Alfa-parçalanması yalnız ağır nüvələrdə (Atom nömrəsi 82, kütlə ədədi 200-dən çox) baş verir. Nüvənin əsas (həyəcanlanmamış) halından Alfa parçalanma həm də α-radioaktivlik adlanır. α-şüalı radioaktivliyin A.Bekkerel (A.Becquerel) tərəfindən kəşfindən sonra o, radioaktiv maddə tərəfindən buraxılan şüalanmanın ən zəif keçən növü adlandırıldı, 1909-cu ildə isə E.Rezerford (E.Rutherford) və T.Royds (T.Royds) isbat etdilər ki, α-zərrəciklər 4He-un 2 dəfə ionlaşmış atomlarıdır. A.-p. zamanı nüvənin yükü z (elementar yük vahidilə) 2 vahid, kütlə ədədi isə 4 vahid azalır.
A.-p. zamanı ayrılan enerji α-zərrəcik ilə nüvə arasında onların kütlələri ilə tərs mütənasib olaraq bölünür. Əgər sonuncu nüvə həyəcanlanmış halda yaranırsa, onda α -zərrəciyin enerjisi bu həyəcanlanmanın enerjisinə qədər azalır və əksinə, əgər həyəcanlanmış nüvə parçalanırsa, artır (uzun məsafə qət edən α-zərrəciklər). α-zərrəciklər spektrinin incə quruluşu nüvələrin həyəcanlanmış hal enerjisini təyin etməyə imkan verir. α-radioaktiv nüvələrin yarımparçalanma periodu T½ buraxılan α zərrəciklərinin enerjisindən eksponensial asılıdır.
Zərrəciklərin potensial cəpərdən keçməsinin kvant-mexaniki təsvirinə əsaslanan A.-p. nəzəriyyəsi (bax. Tunel effekti) 1928-ci ildə amerika fiziki Q.Qamov və bundan asılı olmayaraq İngiltərədə Q.Herni və E.Kondon tərəfindən inkişaf etdirilmişdir. α-zərrəcik nüvədən uçub-çıxarkən potensial cəpəri keçməlidir. A.-p. ehtimalı çəpərin zərrəciyi buraxma qabiliyyəti ilə düz mütənasibdir-nüvədə α-zərrəciyin kinetik enerjisi böyük olduqca, o da böyük olur. A.-p. ehtimalı nüvənin ölçülərindən də asılıdır; bu, ağır atomların ölçülərini təyin etmək üçün istifadə olunur, həmçinin nüvədə α-zərrəciklərin yaranma ehtimalından da asılıdır. Həyəcanlanmış nüvələrin A.-p.-sı nüvə reaksiyalarının köməkliyi ilə öyrənilir. Ağır nüvələrin uzun qaçan α-zərrəciklərinin buraxılmasına gətirən, dərin yerləşən həyəcanlanmış səviyyələrin parçalanması çoxdan məlum idi və radioaktivlik hadisəsinə aid edilir. Nüvələrin müşahidə olunan yaşama müddəti 10-12s-dən (Neytron rezonanslarının A.-p., bax. Neytron spektroskopiyası) 10-22 s (yüngül nüvələrin səviyyələrinin parçalanması) diapazonunda yerləşir. Yüngül nüvələrin bəzi parçalanmış səviyyələrinin gətirilmiş eni mümkün maksimum qiymətlərə malik olur ki, (viqner sərhəddinə) bu da onların cırlaşmış -klaster xarakterini göstərir. Nüvənin yüksək həyəcanlanmış səviyyələrinin A.-p.-nın öyrənilməsi həyəcanlandırma enerjisinin böyük qiymətlərində nüvə quruluşu tədqiqatının informatik metodlarından biridir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alfa dağılması haqqında məlumat. Alfa dağılması nədir? Alfa dağılması nə deməkdir?