Aleksandru Averesku (rum. Alexandru Averescu; 9 (21) mart 1859 – 2 oktyabr 1938, Buxarest) — Rumıniya hərbçisi, dövlət və siyasi xadimi. Rumıniya marşalı (1930). Üç dəfə (1918, 1920–1921 və 1926–1927) ölkənin baş naziri olmuşdur.
| Aleksandru Averesku | |
|---|---|
| rum. Alexandru Averescu | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 (21) mart 1859 |
| Vəfat tarixi | 2 oktyabr 1938 (79 yaşında) |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Qoşun növü | Rumıniya Quru Qoşunları[d] |
| Xidmət illəri | 1876-cı ildən |
| Rütbəsi | |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
1907–1909-cu illərdə Rumıniyanın hərb naziri olmuşdur. Bu vəzifədə o, 1907-ci ildə üsyankar kəndlilərə qarşı repressiyalarla fərqlənmişdir. 1911-ci ildə Rumıniya Baş Qərargahının rəisi təyin edilmişdir. Birinci Dünya müharibəsi illərində Averesku orduya komandanlıq etmişdir. Müharibədən sonrakı illərdə o, siyasi fəaliyyətə keçmiş, 1918-ci ildə Xalq Liqasını yaratmışdır. 1919-cu ildə Averesku daxili işlər naziri, 1920-ci ildə isə baş nazir təyin edilmişdir. Onun hökuməti 1920-ci ildə Rumıniyada oktyabrda keçirilən ümumi tətili darmadağın etmiş, fəhlə və kəndli hərəkatına qarşı bir sıra qanunlar qəbul etmişdir. 1920-ci ildə Averesku Xalq Liqasını Xalq Partiyasına çevirmişdir. 1926–1927-ci illərdə ikinci baş nazirliyi dövründə Averesku Rumıniya ilə Almaniya və İtaliya arasında sıx əməkdaşlığı müdafiə etmişdir.
Əsərləri
- Виноградов В. Н. Румыния в годы первой мировой войны. — М., 1969.
- Очерки политической истории Румынии (1859—1944). — Киш., 1985.
- Филипенко А. А. Александру Авереску — румынский маршал из села Озёрное. // Юго-запад. — Одессика. — Вып. 4. — С. 240—256.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandru Averesku haqqında məlumat. Aleksandru Averesku nədir? Aleksandru Averesku nə deməkdir?
