Aleksandri Herkulanu (28 mart 1810[…], Lissabon – 13 sentyabr 1877[…], Santaren[d], Santaren[d]) — Portuqaliya tarixçisi, yazıçı, siyasi xadim. 1844-cü ildən Portuqaliya Elmlər Akademiyasının üzvü olmuşdur.
| Aleksandri Herkulanu | |
|---|---|
| port. Alexandre Herculano de Carvalho e Araújo | |
| |
| Doğum tarixi | 28 mart 1810[…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 13 sentyabr 1877[…] (67 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Üzvlüyü |
|
| | |
1831–36-cı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, liberal mövqedən çıxış etmişdir. Ən böyük əsəri olan "Portuqaliya tarixi" (port. Historia de Portugal), 13-cü əsrin ortalarınadək olan dövrü əhatə edir. Herkulanu həmçinin sənədli və antiklerikal ruhlu "Portuqaliyada inkvizisiyanın meydana gəlməsi və bərqərar olması tarixi" (port. Historia da origen e es tabelecimento da İnquisição em Portuqal) əsərinin müəllifidir. Uzun müddət Portuqaliya tarixi sənədlərinin nəşrinə rəhbərlik etmişdir. Siyasi şeirlərin və tarixi romanların müəllifidir. Əsərlərində Portuqaliyanın ictimai-siyasi həyatını, orta əsrlərin məişət və adətlərini təsvir etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aleksandri Herkulanu haqqında məlumat. Aleksandri Herkulanu nədir? Aleksandri Herkulanu nə deməkdir?
