Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aleksandr Yuriyeviç Yakubovski (20 yanvar (1 fevral) 1886, Sankt-Peterburq – 21 mart 1953, Leninqrad)—sovet şərqşünası.

Aleksandr Yakubovski

  • Ana Səhifə
  • Vikipediya
  • Aleksandr Yakubovski

Aleksandr Yuriyeviç Yakubovski (20 yanvar (1 fevral) 1886, Sankt-Peterburq – 21 mart 1953, Leninqrad)—sovet şərqşünası.

Aleksandr Yakubovski
rus. Александр Юрьевич Якубовский
Doğum tarixi 20 yanvar (1 fevral) 1886(1886-02-01)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 21 mart 1953(1953-03-21) (67 yaşında)
Vəfat yeri
  • Leninqrad, RSFSR, SSRİ
Elm sahələri tarix, şərqşünaslıq, arxeologiya
İş yeri
  • Maddi Mədəniyyət Tarixi İnstitutu[d]
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d] (–1924)
Tanınmış yetirmələri Lev Qumilyov
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1943)
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
2-ci dərəcəli "Stalin" mükafatı — 1952

Mündəricat

Həyatı

Aleksandr Yuriyeviç Yakubovski 1 fevral 1886-cı ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. 1913-cü ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Tarix müəllimi kimi çalışmışdı. Elmlə sovet dövründə məşğul olmuşdu.

Aleksandr Yakubovskinin Qızıl Orda dövləti, Teymurlular sülaləsi ilə bağlı tədqiqatları vardı. O, Əmir Teymurun Orta Asiya tarixində oynadığı mütərəqqi rolu eynilə başqa xalqlara da şamil etməyə çalışırdı. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Əmir Teymurun Qızıl Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya – Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşlərinə birdəfəlik son qoyuldu. Şübhəsiz ki, bu Əmir Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də "yeganə" xidməti idi. Əmir Teymurun Qızıl Orda üzərində sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi.

İnqilaba qədərki rus, həmçinin xarici ədəbiyyatda belə bir nöqteyi-nəzər hakim idi ki, bu baxışa görə "Özbək xalqının tarixini Orta Asiyada "özbək" adını daşıyan istilaçı tayfaların buraya gəldikləri XV–XVI əsrlərdən başlamaq lazımdır. Bu sahədə yeni prinsipial anlayışın əsası A. Y. Yakubovski tərəfindən qoyulmuşdur. O, bu nəticəyə gəlmişdir ki, gəlmə, istilaçı özbəklər Mavəraunnəhrin yerli türk əhalisi daxilində ərimişdir. "Köçəri özbəklər müasir Özbəkistanın əgər bütün ərazisi olmasa da, hər halda onun olduqca böyük hissəsini sıx türkdilli, başqa sözlə, türk və türkləşdirilmiş əhalisi olan yerə gəlmişlər, bu əhali uzun illər (birgə) mədəni həyatla yaşamış, ən qədim dövrlərdən burada olan daha qədim xalqlara qarışmaq prosesində formalaşmışdır".

B. Q. Qafurov A. Yakubovskinin bu fikirlərini qəbul edir, vaxtilə məhz bu mövqedən əsər yazdığını söyləyir və özündən sitat gətirir. "VI əsrdən başlayaraq Orta Asiyaya türkdilli tayfaların və xalqların get-gedə artan gəlişi başlanır". Beləlikli. Yakubovskidə qeyri-müəyyənliklə ifadə olunan zaman anlayışı B. Q. Qafurovda "VI əsrlə" konkretləşdirilir. VI əsr böyük türk xaqanlığının yarandığı əsrdir. Eyni kökdən boy atmış bir çox tayfa və tayfa ittifaqlarının ümumi özünüadlandırmasına çevrilmiş türk sözü eyni zamanda saxtakar tarixçilərin əlində tarixi həqiqəti təhrif etmək üçün məkrli vasitəyə çevrildi.

Aleksandr Yakubovski 1945-ci ildə Soqdiya-Tacik arxeoloji ekspedisiyasına başçılıq etmişdi.

Aleksandr Yakubovski 21 mart 1953-cü ildə Leninqrad şəhərində vəfat edib.

Əsərləri

  • Золотая Орда (Очерк истории Улуса Джучи в период сложения и расцвета в XIII–XIV вв.). Л., 1937 (1-е издание); Ташкент-Самарканд, 1940 (2-е издание); Л., 1941 (3-е издание). В соавторстве с Б. Д. Грековым
  • Золотая Орда и её падение. Aкадемия Hаук CCCP, М.-Л., 1950. В соавторстве с Б. Д. Грековым
  • О русско-хазарских и русско-кавказских отношениях в IX–X вв. Известия АН СССР. Серия истории и философии. № 5, 1946 г.
  • История народов Узбекистана, в 2-х томах Изд. АН УзССР, Ташкент, 1950. Соавторы: Тревер К. В., Воронец М. Э.
  • История Ирана с древнейших времен до конца XVIII века, 1958 В соавторстве с Пигулевской Н. В., Петрушевским И. П., Строевой Л. В., Беленицким А. М.
  • Из истории изучения монголов периода XI–XIII вв.(Посвящается академику Борису Дмитриевичу Грекову) (ссылка)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aleksandr yakubovski sözünün mənası, aleksandr yakubovski haqqında məlumat. aleksandr yakubovski nədir? aleksandr yakubovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dayın xan

  • Fevral 25, 2026

    Modem

  • Fevral 23, 2026

    Uzun il

  • Mart 07, 2026

    Səlim Qasımov

  • Fevral 27, 2026

    Mötəzid

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst