Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rus

Aldan çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Aldan çayı

Aldan — Rusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir.

Aldan çayı
saxa Өлүөнэ
Xəritə
Ölkələr
  •  Rusiya
  •  Saxa
Mənsəbi Lena çayı
 • Yüksəkliyi 72 m
Uzunluğu 2 273 km
Su sərfi 5.060 m³/san
Hövzəsinin sahəsi 729000 km²
Aldan çayı (Yakutiya)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Aldan çayı Yakutiyanın fiziki xəritəsində:

56°26′28″ şm. e. 123°46′30″ ş. u.HGYO

63°26′25″ şm. e. 129°33′44″ ş. u.HGYO
DSR?! 18030600112117300000011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimalogiyası

Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir və ya (evenq dilində) elden dəmir mənası verir.

Coğrafiyası

Aldanın hövzəsi

Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır.

Hidrologiyası

Aldan əsasən qar və yağış suları ilə qidalanır. Daşqınlar əsasən maydan iyul ayına qədər müşahidə edilir. Bu vaxt suyun səviyəsi 7–10 metr qalxır. Axının həcmi 30–48 min m³/s təşkil edir. Qışda isə sərfiyyat 230−300 m³/s qədər enir. Buzla örtülməsi oktyabrın sonlarından may ayına qədər davam edir.

Onun uzunluğu 2 273 km və hövzəsinin sahəsi isə 729 min km² təşkil edir. Aldan Lenanın ən iri qoludur. Lena axınının 30 % təşkil edir. Aldanın Lenaya töküldüyü yerdən 151 km yuxarıda "Verxoyanskiy perevoz" stansiyasında 58 il aparılan müşahidələr illik orta sərfiyyat 5 245,85 m³/s təşkil edir Sərfiyyat aşağıdakı kimi əks olunur:

Qolları

Nisbətən iri qolları: (sağdan) Timpton, Uçur, Maya, Allax-Yon, Tompo, Barayı və Tumara, (soldan) Amqa, Notora və Tatta çaylarıdır. Aldan çayının 275 qolu 10 kilometri keçir. Əsas qollarından olan Maya çayının hövzəsi 171 000 km² təşkil edir. Ən uzun qolu isə Amqa çayıdır ki, onunda uzunluğu 1462 km təşkil edir. Aldanın hövzəsində 51 mindən çox göl vardır. Burada ən iri göl Bolşoy Toxo gölüdür

Çayın əhəmiyyəti

Dəmiryolu körpüsü

Aldan çayında Tommota qədər gəmilər sərbət hərəkət edə bilir. Bu gəmi yolu mühüm nəqliyyat həmiyyətinə malikdir. Xüsusi ilə bölgənin faydalı qazıntılarını Lena çayı vastəsi ilə daşınmasında mühüm rol oynayır. Sahillərində Tommot, Ust-Maya, Xandıqa və Eldikan qəsəbələri vardır. Çayın sahilləri boyunca zəngin qızıl və daş kömür yataqları vardır.

Aldan çayı hövzəsində kaskad SES (Yujno Yakutsk) tikintisi planlaşdırılır. Aldan çayının üzərində isə Vernealdansk SES tikintisi planı işlənilir

Aldan çayında zəngin balıq ehtiyatları vardır.

Körpüləri

2015-ci ilə olan məlumata görə çay üzərində üç körpü vardır:

  • Tommot şəhərində Amur-Yakutiya dəmir yolunun Aldan çayı üzərindən keçdiyi yerdə olan dəmiryolu körpüsü.
  • Tommot şəhərində Lena avtomagistral yolu üzərindəki avtomobil körpüsü.
  • Aldan şəhərinfn 40 km şimal-qərbdə avtomobil körpüsü.

Gələcəkdə Kolıma avtomagistral yolun davamı olaraq Aldan çayı üzərində Xandıqa qəsəbəsində körpü tikilməsi planlaşdırılır.

İncəsənətdə

  • Eduard Baqriskovun "Aldan" şeiri.
  • Kamil Ziqanşin — "Aldan Qızılı".

Ədəbiyyat

  • Борис Дмитриевич Зайков Материалы по гидрологии Верхнего Алдана. — Л.: Изд-во Акад. наук СССР, 1935. — 168 с. — (Труды Совета по изучению природных ресурсов (СОПС). Серия Якутская / Акад. наук СССР; Вып. 25).
  • Бурыкин А. А. Алдан и Вилюй // Русский язык в школе (журнал). 2004. № 1. С. 96–98.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aldan çayı haqqında məlumat. Aldan çayı nədir? Aldan çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lenin ordeni

  • Fevral 24, 2026

    Karl Marks

  • Fevral 27, 2026

    Stratifikasiya

  • Fevral 27, 2026

    Fridrix Bodenştedt

  • Fevral 23, 2026

    Viki

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst